Uşaqlıqdakı yaşantılarımızın bu günümüzə təsiri çox gözəl və əsaslı şəkildə vurğulanıb. Bizlər üçün "təqsirli" gördüyümüz birini qınamaq çox normaldır,əgər ki onun nə yaşadığını bilmiriksə. Düşünürəm ki, hər birimizin yaşamalı olduğumuz şeylər var, hansı ki yaşaya bilmədiyimiz onlar bu gün bizdə daxili narahatlığa səbəb olur. Ryan'ın həyatına,kariyerasına mane olan, bəzən agressiv olmasına, hətta evcil heyvanı belə qısaqanmasına gətirib çıxaran yaşaya bilmədiyi uşaqlığı idi. Sophie'nin (həyat yoldaşının) davranışları məni çox qıcıqlandırdı) anlamazdan gəlirdi, evdə də dominantlıq eləməyə çalışır " hər şeyi mən edirəm vs vs" arada dedim bir sus:D. Ryanın sadəcə qayğı göstərilməyə ehtiyacı var idi. Təəssüf ki, bunu nə indiki, nə də uşaq ikən ailəsi verə bilmişdi. 94 səhifəlik kitabdan o qədər çox şey yazmaq olar ki.. inanırdım ki, oxumağa dəyər kitab olacaq,çünki rəylərə baxıb almışdım, tövsiyə edirəm.