Ey Ata Ey Ana Biz Günahkarıq!

Ali Şeriati

Ey Ata Ey Ana Biz Günahkarıq! Gönderileri

Ey Ata Ey Ana Biz Günahkarıq! kitaplarını, Ey Ata Ey Ana Biz Günahkarıq! sözleri ve alıntılarını, Ey Ata Ey Ana Biz Günahkarıq! yazarlarını, Ey Ata Ey Ana Biz Günahkarıq! yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
176 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Dr. Əli Şəriətinin mühazirələri əsasında hazırlanan kitab. Kitaba keçməzdən əvvəl Dr. Əli Şəriətinin mövqeyi haqqında danışmaq istəyirəm. Şəriəti İranlı idi. O həm dini təhsil, həm də Avropa təhsili almışdı. Fransada Sorbon universitetində oxumuşdu. Sartr və bir çox görkəmli şəxslərlə tanış olmuş, yaxın münasibət saxlamışdı. Məktəbdə, universitetdə və s. yerlərdə dərslər demişdi. O, adı eyni, lakin daxili, mahiyyəti dəyişdirilmiş dinə kor-koranə inananlara, xurafatçı, mövhumatçılara qarşı idi. Eyni zamanda görünən dinə görə dindən imtina edən, dinin inkişafa qarşı olduğunu düşünən "ziyalılara" da qarşı çıxırdı. O, həqiqi dinin insanların başa düşdüyündən daha fərqli olduğunu qeyd edirdi. Və həqiqi dini təbliğ edirdi. Bu zaman həm "dindarlar", həm də "ziyalılar" tərəfindən təzyiqlərə məruz qalırdı. Kitabı oxuduğunuzda bu təzyiqlərin nə olduğunu və necə məntiqsiz olduğunu daha yaxşı anlayacaqsınız. İndi isə kitab haqqında bir neçə fikir qeyd edəcəm. Kitab görünən dinlə həqiqi dini bir-birindən fərqləndirməyə kömək edən ən yaxşı mənbələrdən biridir. Gənclərin gördükləri yanlışları və buna görə başqa bir mövqe seçmələrinin səbəblərini vurğulayır. Həmçinin, kitab bir çoxumuzun da suallarına cavab verir, sanki ürək sözlərimizi deyir
Ey Ata Ey Ana Biz Günahkarıq!
Ey Ata Ey Ana Biz Günahkarıq!Ali Şeriati · Parlaq imzalar · 20141,293 okunma
Dünyaya mədəniyyət bəxş etmiş İslamı əgər biz bu səviyyəyə endirmişiksə, biz də öz səviyyəsinə qaldırmalıyıq.
Reklam
Ey ata, ey ana! Din adı ilə evdə həbs edib, təhsildən, dünya səadətindən məhrum etdiyin qız səni bağışlamayacaq!
Bədbəxtçilik ondadır ki, həmin əsasların adını qoruyub, mahiyyətini dəyişdilər! Hər şeyi dəyişdilər. Mahiyyəti dəyişən, yalnız zahiri qalan dəyərlər qəsbkar hakimlərin mənafelərinə uyğunlaşdırıldı.
Ey mənim azadlıqsevər ziyalı bacım və qardaşım! Bu gün sənə İslam və şiəlik adında təqdim olunanlar, cahil dost və qərəzli düşmən əlində eybəcərləşdirilmiş məfhumlardır.
Təhrif olunmuş dinə inanana «xurafatçı», inanmayana isə «ziyalı» adı verilib. Əslində isə, xurafatçının inandığı və ziyalının inkar etdiyi şey həqiqi İslam yox, qara əlin yonduğu bütdür.
Reklam
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.