Kitabı alanda nə fikirləşdiyimi unudacaq qədər uzun zaman olub. "İndi vaxtdır, oxuyum." deyərək əlimə aldığım bu kitabı peşman olaraq bitirdim. Ax, Nebi Yıldız, neylədin sən?! Kitabın adını görüb 'Allahı (c.c) oxuyacağam' deyirdim, amma kitabın içində heç Allah (c.c) yazılan bir cümlə belə yox idi. Özünüinkişaf kitabının içinə düşdüm, yenə. O qədər böyük xəyal qırıqlıqları ilə doldum ki, Yunus Oranın 'Sen O'na aşıksın' kitabına şükür elədim.
"Güçlüsün, moralini bozma, yanılma, kendini sev, güçlü kal!" deyə bəsit başlıqlar altında bayağı cümlələrin toplandığı bir kitab idi. Altını xətlədiyim tək-tük yerlər də elə qadınlarla bağlı bir-iki hissəydi, o da nə yazıçının, nə kitabın, sadəcə qadınların xətrinə.