İlahi Komediya

Dante Alighieri

İlahi Komediya Sözleri ve Alıntıları

İlahi Komediya sözleri ve alıntılarını, İlahi Komediya kitap alıntılarını, İlahi Komediya en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
“Balığı at dəryaya, balıq bilməsə də, Xaliq bilər”
Bu günədək kədərlə, daşla ünsiyyət tapan Bu nankor, kinli xalqa min yaxşılıq da etsən, Yenə səni özünə düşmən sanacaq, inan.
Soruşdum: "Müəllimim, bu adamlar, nədəndir Əzab çəkəndə belə eləyirlər şikayət?" "Söyləyərəm bu saat, — cavabımda o dindi, — Onlar ölmək istəyir, ölə bilmirlər fəqət, O qədər ağırdı ki, bu həyatın nəfəsi Başqa cəza onlara görünərdi səadət. Yer üzündə qalmayıb onların xatirəsi, Hakim də, mərhəmət də onlardan düşüb uzaq, Bax—keç, burda rəhmlə yada salma bir kəsi!"
Reklam
Təbiətdən alınıb insanın hər əməli, Hər əməl təbiəti təqlid edir əzəldən. Müqəddəs kitabdan da bilməlisən bunu sən, İnsanlara birinci çatdırıbdır təbiət Allahın bu sözünü: yaşa, yüksəl, çiçəklən.
Özgələri bəlaya salan riya, şər, yalan, Göylərin rədd etdiyi güc, aldatmaq, ədavət Bədxahların əlində silah bunlardır hər an. İnsana xasdır ancaq yalan, riya, qəbahət; Allah isə rədd edir; bu yola düşənlərə Cəhənnəmin dibində verir əzab, əziyyət.
Nə var, nə yox — bunlarla nahaqdan əqlimizə Əziyyətlər veririk; özgədən nə eşitsək Onunla da düşünür, qiymət qoyuruq sizə. Gələcəyə açılan qapılar örtüləntək — Özün dərk edəcəksən açıq-aydın bunları — Bütün bildiklərimiz fövrən ölüb gedəcək...
5 nəğmə,100
Yandırır incə,zərif ürəkləri məhəbbət...
Sayfa 41
Reklam
Həmin bu üç meyldir insanları məhv edən: Səbirsizlik, qərəzlik və heyvani ehtiras!
Həmişə ürəklərə yol tapan yalan, riya Ziyan vurur həm qəlbdə etibarı olana, Həm etibar etməyib aldanan insanlara.
Dur ayağa! Zəfər çal yorğunluğa, ruh əgər Qüvvətlisə canında, zəif olsa da bədən Yenə sənin olacaq hər qələbə, hər zəfər! Hələ qarşıda vardır çox uzun bir pilləkən; Sənə layiq deyildir yolundan geri dönmək; Qoy ruhlansın ürəyin - eşidirsən əgər sən.
Təbiətdən alınıb insanın hər əməli, Hər əməl təbiəti təqlid edir əzəldən. Ona Tanrı nəvəsi söyləmək olar, bəli. Müqəddəs kitabdan da bilməlisən bunu sən, İnsanlara birinci çatdırıbdır təbiət Allahın bu sözünü: yaşa, yüksəl, çiçəklən.
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.