Dante 1307-1321 illərdə axirət dünya sına etdiyi xəyali səyahətdən danışan İlahi Komediya əsərini yazmışdır. Əsər ilk dəfə olaraq latınca yerinə Toksana ləhcəsi ilə işlədilmiş italyan dilində yazılmışdır. Cəhənnəm -İnferno, Araf-Purgatrio və Cənnət-Paradiso hissələrindən ibarətdir.
İlahi komediya əsəri Dantenin həyat hekayəsinin onun sənətinə yansımış halıdır. Həyatın böyük hissəsini sürgündə keçirən Dantenin Florensiyaya qayıtmaq üçün etdiyi cəhdlər nəticəsiz qalır. Vətənində xoşbəxt yaşamaq haqqı varkən , o dövrün ziddiyətləri bunu əlindən alır. Üstəlik qarışdığı siyasi hadisələr , qarşılıqsız sevgisi Dantenin iç dünyasını daha da qarmaqarışıq edir. O , iç dünyasını rahatlatmağın yolunu Tanrıya sığınmaqda tapır. Yenidən şeirə və Beatriçeyə olan sevgisinə qayıdır. Özünün doğru yolu tapdığını göstərmək üçün isə “İlahi komediya”nı yazır. Dantenin fikrincə Tanrı insanları iki şey üçün yaratmışdır. Bunlardan biri fani dünyada yaşanan xoşbəxt həyatdır. İnsan bu xoşbəxt həyata bütün əxlaq normalarına riayət edərək nail ola bilər. İkinci məqsədi isə ölümdən sonrakı sonsuz yaşamdır. Bunun üçün isə Tanrıya qeyd-şərtsiz inanmalı, onun qoyduğu hər normaya əməl etməli idi. Bu məqsədin gerçəkləşməsində imperator və papa insanlara yol göstərir. Dante deyirki , insan özü təkbaşına da bu yolu tapa bilər. Əsərində də insanlarq bu yolu göstərir.
Cəhənnəm yolunda Danteye Vergili rəhbərlik edir. Orta əsrlərdə antik dünyanın mifologiyasını , ədəbiyyatənı , fəlsəfəsinu məqbul saymırdılar. Buna baxmayaraq qədim dövrün bütpərəstliklə bağlı ayrı-ayrı əsatir və rəvayətlərini ruhanilər xristian dininə uyğunlaşdırır və yeni variantlar kimi istifadə edirdilər. Şair Vergilini orta əsrlərdə xristian dininin ilk xəbərçisi kimi şöhrətləndirir , onu müdrikliyin təcəssümü sayır. Dante Vergilini həmdə insan zəkasının rəmzi kimi vermişdir. Vergili insanı bu dünyada ağıl və idrakın gücünə dəvət edə bilər, buna görə də onun vəzifəsi məhduddur, o , yalnız müəyyən yerə kimi Danteyə məsləhətçi ola bilər. Araf təpəsində Vergili öz yerini ilahi etiqadın rəmzi Beatriçəyə buraxır. Cənnət boyunca Danteni Beatriçə müşahidə edir. Beatriçe Dantenin gəncliyində sevdiyi qızdır. Bu qız iyirmi beş yaşı olanda vəfat etmişdir. Dante “ Yeni həyat” əsərində yazmışdıki, “ onun haqqında mən elə bir bədii söz deyəcəyəm ki , hələ indiyə kimi heç bir zaman və heç bir qız haqda o cür bədii söz deyilməmiş olsun. “
Fikrimcə o bu vədini “İlahi komediya” da yerinə yetirərək sevgilisinin obrazını əbədiləşdirmişdir. Beatriçe ilahi müdriklik rəmzidir. “ Gözəl yurdunu tərk edərək məhəbbətin naminə gəlmişəm bu yerlərə” deyə Danteyə müraciət edən Beatriçe əsl yerinin cənnət olduğunu və yalnız Danteyə bəslədiyi məhəbbət naminə bu yerlərə gəldiyini bildirir.