İlahi Komediya

Dante Alighieri

Sözler ve Alıntılar

Tümünü Gör
“Balığı at dəryaya, balıq bilməsə də, Xaliq bilər”
Bu günədək kədərlə, daşla ünsiyyət tapan Bu nankor, kinli xalqa min yaxşılıq da etsən, Yenə səni özünə düşmən sanacaq, inan.
Soruşdum: "Müəllimim, bu adamlar, nədəndir Əzab çəkəndə belə eləyirlər şikayət?" "Söyləyərəm bu saat, — cavabımda o dindi, — Onlar ölmək istəyir, ölə bilmirlər fəqət, O qədər ağırdı ki, bu həyatın nəfəsi Başqa cəza onlara görünərdi səadət. Yer üzündə qalmayıb onların xatirəsi, Hakim də, mərhəmət də onlardan düşüb uzaq, Bax—keç, burda rəhmlə yada salma bir kəsi!"
Reklam
Təbiətdən alınıb insanın hər əməli, Hər əməl təbiəti təqlid edir əzəldən. Müqəddəs kitabdan da bilməlisən bunu sən, İnsanlara birinci çatdırıbdır təbiət Allahın bu sözünü: yaşa, yüksəl, çiçəklən.
Özgələri bəlaya salan riya, şər, yalan, Göylərin rədd etdiyi güc, aldatmaq, ədavət Bədxahların əlində silah bunlardır hər an. İnsana xasdır ancaq yalan, riya, qəbahət; Allah isə rədd edir; bu yola düşənlərə Cəhənnəmin dibində verir əzab, əziyyət.
Nə var, nə yox — bunlarla nahaqdan əqlimizə Əziyyətlər veririk; özgədən nə eşitsək Onunla da düşünür, qiymət qoyuruq sizə. Gələcəyə açılan qapılar örtüləntək — Özün dərk edəcəksən açıq-aydın bunları — Bütün bildiklərimiz fövrən ölüb gedəcək...
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.