İslam tarixi Gönderileri

İslam tarixi kitaplarını, İslam tarixi sözleri ve alıntılarını, İslam tarixi yazarlarını, İslam tarixi yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
252 syf.
10/10 puan verdi
·
Beğendi
Peyğəmbəriminin həyatına qısa bir nəzər
Bismillah. Deməəək.
Allame Cafer  Subhâni
Allame Cafer Subhâni
İslam tarixi
İslam tarixi
Kitab Əziz peyğəmbərimiz Həzrəti Məhəmməd (s) həyatından bəhs edən sadə dildə yazılmış, axıcı və maraqlı bir tarix kitabıdır.Ancaq tarix kitablarında olan yoruculuq bu kitabda yoxdur. Kitabın başlanğıcında peyğəmbərin doğumundan öncəsi,atası,babası,hansı dinə mənsub olması və nütfəsinin paklığından danışılır,sonunda isə Raşidi xəlifələrinin sonuncusu, möminlərin əmiri Həzrəti Əmirəlmöminin Əlinin (ə) şəhadəti ilə bitir. Daha dərin məlumatlar əldə eləmək üçün yox, ümumi tarixə, peyğəmbərin yaşayışına nəzər salmaq üçün kitabdır. Qeyd: Cəfər Sübhaninin "Necə uğur qazanmalı?" Kitabını oxumağı tövsiyə eləyirəm.Alimin sadə dili orada da özünü göstərmişdir.
İslam tarixi
İslam tarixiAllame Cafer Subhâni · 20183 okunma
Bismilləhir Rahmənir Rahim
Peyğəmbər ənsar və mühacirlərdən olan 300 nəfəri bir-biri ilə qardaş etdi. Məsələn, o deyirdi: «Filankəs, sən filan şəxslə qardaş ol!». Qardaşlıq işi sona çatdı. Əli gözü yaşarmış halda Həzrət Rəsula dedi: – Hamının arasında qardaşlıq yaratdın, lakin mənim üçün bir qardaş seçmədin. Peyğəmbər dedi: – Sən mənim bu dünyada və axirətdə qardaşımsan. Səni axıra saxladım ki, özüm səninlə qardaş olam. Sənin mənə olan mövqeyin Harunun Musaya olan mövqeyi kimidir. Bir bu fərqlə ki, məndən sonra heç bir peyğəmbər yoxdur və sən mənim qardaşım, varisimsən.