Kitabı oxumağa başlayarkən motivasiya kitabı olaraq düşünmüşdüm. Olduqca yüngül bir kitab kimi. Fəqət kitab məni xoş mənada təəccübləndirdi. Dərin bilgiləri, yaşanmış hadisələr, real elmi faktlarla harmoniyada təbiət və heyvanlarla insanı əlaqələndirmək, hər şey olduqca yerində idi. Yorulmadım deyil, amma zövq aldım. Və zaman-zaman bir yerdən öz tramvalarımla da salamlaşdım. Kitabda tramvalarımızı müəyyən etmək və onlarla necı işləməyimizlə bağlı ciddi müanslar, tapşırıqlar var. İndidən oxuyacaq olanlara xoş mütaliələr arzu edirəm