Əkinçi Gönderileri

Əkinçi kitaplarını, Əkinçi sözleri ve alıntılarını, Əkinçi yazarlarını, Əkinçi yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
“Əkinçi” qəzeti həmişə bizim müəllimlərə və onlara uşaqlarını tapşıranlara töhmət edir ki, onların hər ikisi uşaqlara yağı olub ol qədr incidirlər ki, biçarə bildiyin də yaddan çıxarır. Əlhəqq, bu söz doğrudur, amma bu barədə bizim müəllimlərdə taxsır yoxdur. Müəllim bir sənətkar babadır öz sənətilə qeyr sənətkar kimi dolanır, yə'ni öz bildiyini uşaqların valideyninə satıb zindəganlıq edir. Və çünki sənətkarın yaxşı-yamanı olmağına səbəb camaatdır, məsələn, yaman başmaq tikəndən başmaq alan olmasa, o başmaqçı ya gərək yaxşı başmaq tiksin ya başmaqçılığı bərhəm etsin, habelə müəllimin yaxşı-yaman olmağına bais camaatdır və əgər camaat başa düşə ki, bu tövr tə'lim uşağı xarab edir və xahiş edə ki, qeyr tövr uşaqlara tə'lim olunsun, müəllim naəlac qalıb camaat istəyən tövrdə tə'lim edəcək yoxsa zikr olan başmaqçı kimi gərək müəllimliyi bərhəm etsin. Əlbəttə, şagirdin ata-anası deyəndə ki, molla onu döy, əti sənin, sümüyü mənim, molla naəlac qalıb döyəcək, yoxsa ay başı gələndə ona pul verən olmaz.
Sayfa 413 - 26 may 1877
Keçmişdə kəbin olmayıb. Hər camaatın övrətləri ol camaatın kişilərinin olub. Belədə bir kişi bir övrət məxsusi onun olmağı istəyəndə labüd qalıb onun qeyr camaatdan oğurlayıb: yəni kəbinin əsli övrət oğurlamaqdan əmələ gəlib. Və bir də keçmişdə qeyr tayfadan oğurlanan, yəni əsir olan kəslər qul hesab olub. Bu səbəblərə çox kəs indiyəcən övrəti götürüb qaçır ki, onu əsir edirəm və ondan sonra onu özünə qul hesab edir ki, guya əsir edibdir.
Sayfa 463
Reklam
"Əkinçi"nin tarixi əhəmiyyətini layiqincə qiymətləndirmək üçün belə bir həqiqəti də nəzərə almaq lazımdır ki, o zaman Azərbaycan dilidə kitab çap eləmək "dağ çapmaq kimi" (M.F.Axundzadə) bir iş idi: əsər yazmış müəllif onu kitab halında buraxdırmaq üçün pul tapanda mətbəə tapmırdı, mətbəə tapanda senzuradan icazə ala bilmirdi; icazə alıb çap etdirməyə müvəffəq olanda isə oxucu tapmaqda çətinlik çəkirdi... Axundzadənin dahiyanə "Kəmalüddövlə məktubları" - nə az, nə çox - 60 il dünya işığına həsrət qalmışdı; ədib böyük əziyyətdən sonra çap etdirdiyi məşhur "Təmsilat"ını böyük əziyyətlə də satdırırdı. Seyid Əzim Şirvani bir neçə cildlik əsərlərini kitab halında görmədən vəfat eləmişdi. Kitab həsrəti o dövrün başqa sənətkar və alimlərinə də yaxşı tanış idi...
Sayfa 9
"Hər kəsi çağırıram - gəlmir, göstərirəm görmür, deyirəm qanmır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri-əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın. Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də. Ələlxüsus doğru söz... Belədə qəzet çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur". Bir az aşağıda: "Heç olmaz ki, doğru söz yerdə qalsın. Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar.... Sonra düşmənin düşmənliyi, dostun doğruluğu və dost göstərən doğru yolun doğru olması aşkar olar"
Sayfa 6 - "Həyat" qəzeti. N 129