Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Komissar Meqre/Latış Pietr

Georges Simenon

Komissar Meqre/Latış Pietr Gönderileri

Komissar Meqre/Latış Pietr kitaplarını, Komissar Meqre/Latış Pietr sözleri ve alıntılarını, Komissar Meqre/Latış Pietr yazarlarını, Komissar Meqre/Latış Pietr yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
168 syf.
8/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
"...Meqre tərəddüdlə bir neçə addım irəlilədi və birdən divanın yanında donub qaldı. Oradan qara çəkmə görünürdü. Əlini yaranın üstündən çəkən kimi yaradan qan axmağa başlayırdı. Bunu düz üç dəfə təkrarladı. Nəhayət, masadan salfeti götürüb jiletinin altından keçirib möhkəmcə düyünlədi. Otağa hakim olan qoxu ürəyini bulandırırdı. Ağır-ağır divanın kənarından yapışıb qaldırdı və oradan çıxan iki ayağın üstündən yana döndərdi. Cəsədin Toransa aid olacağını yaxşı bilirdi. Həmkarının cansız bədəni əyilmiş, bir əli bükülmüşdü, sanki dar bir yerə yerləşdirmək üçün bədən üzvlərini qırmışdılar. Üzünün aşağı hissəsində sarğı var idi, ancaq bağlanmamışdı. Meqre diz üstə çökdü. Son dərəcə yavaş hərəkət edirdi, hətta çox ağır... Şübhəsiz ki, bu, yarasından qaynaqlanırdı. Ürəyinin döyünüb-döyünmədiyini bilmək üçün əlini yoldaşının sinəsinə uzatmağa cəsarət etmirdi. Nəhayət əlini ürəyinin üstünə qoydu və gözlərini həmkarından çəkmədən hərəkətsiz qaldı..."
Komissar Meqre/Latış Pietr
Komissar Meqre/Latış PietrGeorges Simenon · Qanun Nəşriyyat · 201473 okunma
"Həyat çox mürəkkəbdir, bilirsən..."
Sayfa 164 - Komissar MeqreKitabı okudu
Reklam
"Hər adamın təmiz, sakit bir həyat guşəsinə ehtiyacı var"
Sayfa 156 - Flans YohansonKitabı okudu
"Bir çox cinayət işini təhqiq edərkən polislə cinayətini etiraf edən şəxs arasında mənəvi yaxınlığın yaranması bəlkə də şişirdilmiş faktdır. Buna baxmayaraq, əgər tərəflər kobud adamlar deyillərsə, onda doğrudan da mənəvi yaxınlıq yarana bilər. Bunun səbəbi polislə caninin həftələr boyunca bir-birilə maraqlanmasından qaynaqlanır. Polis təqsirkarın keçmişini öyrənməyə, onun fikirlərinə nüfuz etməyə, hər bir hərəkətini öncədən təxmin etməyə çalışır. Həm biri, həm də digəri bu oyunda canları bahasına iştirak edirlər. Ancaq gündəlik həyatda normal insanların arasında mövcud olan hörmətcil laqeyidliyə əsaslanan münasibətlər bu iki personaj üz-üzə gələndə yerini drama verir. Bəzi polislər güc-bəla ilə yaxaladıqları caniyə mənən bağlanır, onu həbsxanada ziyarət edir, eşafota qədər ona dayaq olurlar"
Sayfa 148Kitabı okudu
"Naşı akrobat kimi hər saniyə səhvə yol verirsən, ancaq hansısa bir güc səni irəliləməyə cəsarətləndirir. Düşürsən, ancaq gücünü toplayıb yenidən davam edirsən. Əlləşirsən və o anda nə imic, nə də gözəllik vecinə olur"
Sayfa 142Kitabı okudu
"Hər irqin öz qoxusu var və hər irq başqa irqin qoxusundan nifrət edər"
Sayfa 120Kitabı okudu
Reklam
Hüquq-mühafizə əməkdaşı olmaq...
"Həkim ona dönə-dönə məsləhət vermişdi: -Əgər ağrı yayılmağa başlasa, vaxt itirmədən gəlin! Bu, yarada infeksiya var deməkdir. Nə olsun? Məgər bunu fikirləşməyə vaxtı var idimi? "Bir buna baxın!" Səhər mehmanxana sakini məhz bu cür demişdi. Aman Tanrım! "Bu", canilərin öz "qəhrəmanlıq"larına davam etməsinə icazə verməyən, bu mehmanxanadaca öldürülmüş yoldaşının intiqamını almağa çalışan polis idi. "Bu", ingilis dərzisinə paltar tikdirə bilməyən, hər səhər dırnaqlarına qulluq üçün manikürə getməyən adam idi. "Bu" üç gündür əbəs yerə yemək bişirən, ərinin aqibətindən belə xəbəri olmayan qadının əri idi. "Bu" işinin mütəxəssisi olub ayda iki min iki yüz frank alan, başladığı hər cinayət işini bitirən, caniləri həbsə atan, bir qalaq sənədin qarşısında oturub işləyən, xərclənən pulları sənədləşdirən, üstəlik aldıqlarının siyahısını və alış səbəbini də oraya əlavə edən, sonra da kassirlə uzun-uzadı mübahisə edən adam idi. Meqrenin nə avtomobili, nə milyonları, nə də çoxsaylı işçisi var idi. Bir-iki yardımçısı vardısa, onların da faydalı olduğunu əsaslandırmalıydı"
Sayfa 106Kitabı okudu
"Müharibə vaxtı hücuma keçən yoldaşları da bu cür sakitcə, bu cür şəfqətlə ona "xoşça qal" deyib getmiş və bir daha geri qayıtmamışdılar..."
29 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.