Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Kor Nöqtə

Naiq Babayev

Kor Nöqtə Sözleri ve Alıntıları

Kor Nöqtə sözleri ve alıntılarını, Kor Nöqtə kitap alıntılarını, Kor Nöqtə en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Lap əlli il də keçsə, "Pes 13" oynayanın cibində pul nə gəzərdi?
Sayfa 13 - Şahmar; Parlaq İmzalarKitabı okuyor
Yaradanlar və Dağıdanlar
Şəkil çəkəni, nəsə yazanı, düzəldəni o qədər lağa qoyurlar ki, onlar da soyuyurlar. İstedadları beşikdəcə boğulur.
Sayfa 69 - Pərvanə müəllimə; Parlaq İmzalarKitabı okuyor
Reklam
- ...Böyük siniflərin hamısı "Əli və Nino"nu oxuyurdu. Mən də marağına düşmüşdüm ki, görəsən, niyə oxuyurlar? Kitabxanaya getdim. Kitabı götürəndə kitabxanaçı dedi ki, qatlanmış səhifələrdən başlama. Mən də açıb baxdım ki, erotik səhnələrdi. Utanıb qoydum yerinə. - Hahaha. Niyə ilişirlər e? Məktəbə gəlibsə, vəssalam da. İndi də elədi, görəsən? - İndi internet var. Cinsi tələbat üçün belə kitabxanaya getmir uşaqlar. Bütün günü dəhlizləri gəzirəm, kitabxana deyilən yerə bir uşaq da girmir.
Sayfa 115 - Parlaq İmzalarKitabı okudu
Bilmirdim xəstəliklə savaşım, ya ürəyiyumşaqlığımla. İkisinə də təslim oldum.
Sayfa 84 - Parlaq İmzalarKitabı okudu
Müəllimlik.")
"Şagird bir üzünə tüpürsə, digərinə tüpürməsi üçün valideyn çağırmalısan."
Parlaq İmzalarKitabı okudu
Onuncu sinif ümumi tarix kitabını yeddinci sinifdə oxuduğumu desəm, yəqin, heç kim inanmaz - amma həqiqətdi. Maraqlı kitab idi. Amma doqquzuncu sinif Azərbaycan tarixi getsin, gəlməsin. Əslində, xanlıqlar-zad, satqınlıq, müharibə xoşuma gəlməliydi, amma gəlmirdi də. Qəndqabı boyda ölkəni birləşdirə bilməyən adamların nəyi tarixə düşüb baş açmıram.
Sayfa 176 - Parlaq İmzalarKitabı okudu
Reklam
Bu qədərmi doğru olar?
Çıxış saatlarında bura ibtidailərin dalınca gələn qorxaq valideynlərlə dolu olardı. Hələ yeddi, səkkizincilərin də dalınca gələnlər olur. Bilmirlər uşağı necə utandırsınlar. Uşağın çantasını alandan sonra da çıxıb getmirlər. Özləri kimi sarsaqları ətraflarına yığıb müəllimlərin qeybətini eləyir, müəllim gələndə isə "sizdən yoxdu, sağ olun ki, uşaqlara belə ürəkdən can yandırırsız", - deyərdilər. Uşaqlar məktəbin böyrünə keçib dava eləyəndə, ya qaçıb yerə yıxılanda dağılışardılar. Adətən içlərindən biri evə gedən kimi ən çox qeybət eləyən valideynin nələr dediyini müəllimə yazır. Müəllim də o valideynin uşağını dərsə qaldırmır. Valideyn də şikayətə gəlib belə deyir: "Müəllimlər günündə hamı iyirmi manat verəndə mən on manat verdiyim üçün uşağımdan acıq çıxır".
Sayfa 36 - Parlaq İmzalarKitabı okudu
İçindəki qaranlığın dibinə baş vurmuşdu. Gah uzanır, gah oturur, hər ikisində də ancaq tavana baxırdı. Gələcək xəyalları keçmişin səhvlərində batmışdı.
Sayfa 233 - Parlaq İmzalarKitabı okudu
...indiyə qədər danışaraq çox şagirdi ağlatmışdı. Hamısında öz uşaqlığını xatırlayar, "adi şeylərə niyə ağlayırsız", deyərək əsəbiləşər, sonra yazığı gələrdi. Kiməsə yazığı gəlməkdən diksinirdi. Bu, başqasının adına utanmaqdan betər hiss idi onun üçün.
Sayfa 28 - Parlaq İmzalarKitabı okudu
Narahatedici dərəcədə tanış mənzərədi.:d
"Çıxış saatlarında bura ibtidailərin dalınca gələn qorxaq valideynlərlə dolu olardı. Hələ yeddi, səkkizincilərin də dalınca gələnlər olur. Bilmirlər uşağı necə utandırsınlar. Uşağın çantasını alandan sonra da çıxıb getmirlər. Özləri kimi sarsaqları ətraflarına yığıb müəllimlərin qeybətini eləyir, müəllim gələndə isə "sizdən yoxdu, sağ olun ki, uşaqlara belə ürəkdən can yandırırsız", - deyərdilər. Uşaqlar məktəbin böyrünə keçib dava eləyəndə, ya qaçıb yerə yıxılanda dağılışardılar. Adətən içlərindən biri evə gedən kimi ən çox qeybət eləyən valideynin nələr dediyini müəllimə yazır. Müəllim də o valideynin uşağını dərsə qaldırmır. Valideyn də şikayətə gəlib belə deyir: "Müəllimlər günündə hamı iyirmi manat verəndə mən on manat verdiyim üçün uşağımdan acıq çıxır".
Parlaq İmzalarKitabı okudu
115 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.