Gönderi

Bu qədərmi doğru olar?
Çıxış saatlarında bura ibtidailərin dalınca gələn qorxaq valideynlərlə dolu olardı. Hələ yeddi, səkkizincilərin də dalınca gələnlər olur. Bilmirlər uşağı necə utandırsınlar. Uşağın çantasını alandan sonra da çıxıb getmirlər. Özləri kimi sarsaqları ətraflarına yığıb müəllimlərin qeybətini eləyir, müəllim gələndə isə "sizdən yoxdu, sağ olun ki, uşaqlara belə ürəkdən can yandırırsız", - deyərdilər. Uşaqlar məktəbin böyrünə keçib dava eləyəndə, ya qaçıb yerə yıxılanda dağılışardılar. Adətən içlərindən biri evə gedən kimi ən çox qeybət eləyən valideynin nələr dediyini müəllimə yazır. Müəllim də o valideynin uşağını dərsə qaldırmır. Valideyn də şikayətə gəlib belə deyir: "Müəllimlər günündə hamı iyirmi manat verəndə mən on manat verdiyim üçün uşağımdan acıq çıxır".
Sayfa 36 - Parlaq İmzalarKitabı okudu
·
118 görüntüleme
İyun şehi okurunun profil resmi
Bir müəllimin imtahanı ...
Tinuviel okurunun profil resmi
Of söhbət o qədər doğrudu ki ancaq o qədər olar ahahahahaha
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.