Merhaba Hüzün

Françoise Sagan

Merhaba Hüzün Gönderileri

Merhaba Hüzün kitaplarını, Merhaba Hüzün sözleri ve alıntılarını, Merhaba Hüzün yazarlarını, Merhaba Hüzün yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Yəni doğrudanmı, yalnız bu dodaqlara, təhrif olunmuş üz cizgilərinə, istəmədən bu zəhləm gedən çərçivələrə salındığıma görə özümü zəif və miskin hiss eləyirəm? Əgər bu çərçivələrə həqiqətən zorla salınmışamsa, onda niyə buna belə amansız, məşəqqətli şəkildə əmin olmalıyam?
Mən yaşamın boşluğunu, dəyişkənliyini, daimi xeyirxah duyguları nəzərə almaq istəmirdim. Mənim üçün ideal həyat rəzillik və alçaqlıqlar zəncirindən ibarət idi.
Reklam
Atam hesab eləyirdi ki, bütün çətinliklər uydurmadı. O, daimi sədaqət, ciddi münasibət anlayışlarını, istənilən öhdəlikləri inkar eləyirdi. O, mənə başa salırdı ki, bu məfhumların hamısı şərti və boşdur.
Axı hamımız bircə şeyə can atırıq - bəyənilməyə. Mən hələ də bilmirəm ki, bu qələbə yanğısı arxasında nə gizlənir. İfrat həyat eşqi, yoxsa tutqun, dərk olunmamış tələbat - özünəinamsızhğa üstün gəlmək və özünü təsdiqləmək tələbatı.
…sahildə uzanır, ovcumu qumla doldururdum. Sarımtıl, yumşaq qumu barmaqlarımın arasından süzərək düşünürdüm ki, zaman da beləcə axır. Düşünürdüm ki, bu sadə bir fikirdir və sadə fikirlər gözəldir.
Öz gizli xiffəti ilə məni izləyən naməlum hiss ona gözəl və dəbdəbəli ad verməyə, KƏDƏR adlandırmağa cəsarətim çatmır. O, hər şeyi elə unutduran, elə xudbin hissdir ki, az qala, utanıram ondan. Halbuki kədərə həmişə rəğbət bəsləmişəm. Əvvəllər heç vaxt kədər hiss etməmişdim. Mən ürək sıxıntısını, dilxorçuluğu tanıyıram, hərdən peşmanlıq keçirmişəm. Amma indi məni qıcıqlandırıcı, ipək kimi yumşaq bir duyğu sanır və başqalarından uzaqlaşdırır.
Reklam
286 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.