Mənim Erməni Oğlum

Akşin Xəyal

Mənim Erməni Oğlum Gönderileri

Mənim Erməni Oğlum kitaplarını, Mənim Erməni Oğlum sözleri ve alıntılarını, Mənim Erməni Oğlum yazarlarını, Mənim Erməni Oğlum yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
99 syf.
·
Puan vermedi
·
Beğendi
·
3 saatte okudu
Xocalı- Tanrının unutduğu şəhər
63-ü uşaq 106 qadın, 70- qoca 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.  Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb.  Bakı deyəndə ağlımıza neft gəlir, Quba deyəndə alma, Göyçay deyəndə nar. Amma Xocalı
Mənim Erməni Oğlum
Mənim Erməni OğlumAkşin Xəyal ·  Baki Kitab Klubu · 0104 okunma
Xocalı.26.02.1992 Qəlbimizdə yara açan- o tarix
"Tanrı da həmin gecə unutmuşdu Xocalını"
Reklam
99 syf.
10/10 puan verdi
-Onlar mənə fiziki təcavüz etdi, siz isə mənəvi...
İncələməyə bu sözlə başlamaq qərarına gəldim . Ümid edirəm ki bu cümləni oxuyan hər kəs qarşılaşdığı insanlara qurduğu hər cümləyə diqqət yetirər. Çünki biz bilmədən istəmədən dediyimiz sözlər qarşımızdakı insanı ruhən məğlubiyyətə gətirə bilər. Belə ki bu kitabda bir həqiqət var. Kitabdakı obrazlar Elnurəyə bilərək və istəyərək tənqid və təhqirlə yanaşır, hər dəfə onun şəxsiyyətini alçaltmağa çalışırlar. Və sonunda ölümünə bais olurlar. Ümumiyyətlə bu kitaba çox yaxın dostumun israrı ilə oxumağa başladım. İlk başda kitabda sadəcə Xocalı soyqırımından bəhs edildiyini düşündüm. Həmin o qanlı gecə millətimə verilən əzab və işkəncələri oxumağa qəlbim tab gətirmir doğrusu. Ancaq oxuduqca kitabda öz millətimin öz canına öz qanına etdiyi hərəkətlər məni özümdəno qədər çıxardırdı ki bəzən Elnurənin yanında olub hər kəsə kaş payını vermək haqqım olardı deyə isyan edir , arzulayrdım. Ən ağrı verəndə bilirsiz mənə nə oldu ? O qədər təcavüz , o qədər işkəncəyə sınmayan o qızcığaz öz milləti tərəfindən təkliyə və yalnızlığa atıldı ölümə sürüklədi. Kitabda yazılanların düzlüyü qəlbimi qırdı, axı nəqədər çoxdur onlar kimi insanlar pusquda yatan başqasının namus və həyatına ləkə atan bununla həyat missiyalarını bitirən və yaxşı insan kimi lovğa lovğa ətrafda gəzinənlər. Oxuduğum kimi yazdıqlarımdada çox emosional yanaşdım deyəsən. Əsər möhtəşəmdir.
Mənim Erməni Oğlum
Mənim Erməni OğlumAkşin Xəyal ·  Baki Kitab Klubu · 0104 okunma
"Heyvanlarda instiktlə bala sevgisi deyə bir şey var.Heç bir heyvan öz balasına qıymır,böyüyənə kimi onu başqa canlılardan qoruyur.Bəs şüurlu insan niyə öz balasına qıysın axı,yəni insan heyvan qədər deyilmi ki,öz övladını məhv eləsin."
Deyirlər insan Allahın şah əsəridi ,amma mən düşünürəm ki insan Allahın səhvidi
99 syf.
·
Puan vermedi
Kitabı ilk dəfə oxudum, fikirləşdim ki Xocalı faciəsi haqqında, həmin gecə baş verənlər haqqında məlumatım var,daha nə qədər təəccüblənə bilərəm ki??Ama yenə də baş verən müsibətləri ağzım açıq şəkildə oxumağa davam etdim.Ermənilərin millətimə yaşatdıqlarını sözlə ifadə etmək mümkün deyil,ortada nə qədər faktlar, şəkillər var ama yenə də bəzi "dünya ölkələri" Ermənistanın tərəfində dururlar. Nəysə.. Kitabda Xocalı faciəsindən,gəlin-qızlarımızın yaşadığı dəhşətləri göstərir ilk başda. Elnurə adlı 16 yaşlı qızın ermənilər tərəfindən təcavüzü,əsirlikdən xilas olması, uşağını dünyaya gətirməsindən,ondan sonra yaranan hadisələrdən bəhs edir. Millətimizin Elnurəyə tuşlanan qınaqları,tənqidləri və bütün bunlardan sonra Kür çayında oğlu ilə birgə intiharı.. Kitabda mənə pis təsir edən əsas cümlə bu idi: "Onlar mənə fiziki təcavüz etdilər,sizsə mənəvi..."
Mənim Erməni Oğlum
Mənim Erməni OğlumAkşin Xəyal ·  Baki Kitab Klubu · 0104 okunma
Reklam
Geri112
128 öğeden 121 ile 128 arasındakiler gösteriliyor.