Axşamınız xeyirli olsun, əziz oxucular.
Kitabı bitirməyi bacardığım üçün özümü təbrik etmək istəyirəm. Tərcümənin yaxşı olmaması, bütün hekayələrin əfsanəvi olması, daha çox məhəbbətin tərənnüm olunması məni olduqca sıxdı, düzü. Ortalarında yarım buraxmağı da düşündüm hətta, amma davam etdim bir ümid.
Uşaqlar üçün əla bir nağıl kitabı ola bilər, valideynlər könül rahatlığı ilə övladlarına oxutdura bilər. Uşaqların kitabdan çox gözəl şeylər öyrənəcəyinə əminəm.
Böyüklər də oxusun, daha çox lovğa, riyakar, daşqəlbli (:D) böyüklər oxusa yaxşı olar, amma mütləq oxunması lazım olan kitablardandırmı..? Mənə görə deyil.
Xoş mütaliələr.