Parıltı

Stephen King

Parıltı Gönderileri

Parıltı kitaplarını, Parıltı sözleri ve alıntılarını, Parıltı yazarlarını, Parıltı yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
- Siz mənim dostum olacaqsınız? - Ömrümün axırına kimi.
Sayfa 793Kitabı okudu
Dünya sənə, mənə nifrət eləmir, amma bu o demək deyil ki, bizi sevir. Dünyada çox dəhşətli hadisələr olur, heç kimin izah eləyə bilmədiyi olaylar baş verir. Yaxşı adamlar dəhşətli ölümün pəncəsində can verirlər, onları sevən adamları tək qoyub gedirlər. Arada adama elə gələ bilər ki, bu dünyada bircə pislərin günü xoş keçir.
Sayfa 794Kitabı okudu
Reklam
Bil ki, həyatda heç də hər şey ədalət üzərində qurulmayıb.
Sayfa 793Kitabı okudu
796 syf.
8/10 puan verdi
·
7 günde okudu
Kitabda gələcəyi görmək və insanların fikirlərini, duyğularını oxumaq qabiliyyətinə malik Denielin ailəsi ilə birlikdə atasının yeni işə düzəldiyi Overluk otelinə köçməsi və bundan sonra baş verən hadisələr haqqında danışılır. Çox axıcı əsər idi, birnəfəsə bitirdim. Lakin sonluğunu çox da bəyənmədim, Kingin daha əvvəl oxuduğum iki əsərini daha çox bəyənmişdim.
Parıltı
ParıltıStephen King · Yay Nəşriyyatı · 20186bin okunma
796 syf.
9/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Cek Torans əsəblərini cilovlaya bilmədiyindən müəllimlik işindən azad edilib.Və ailəsini dolandırmaq üçün yalnız bir yolu var: "Overluk" hoteli.O oğlu Deniel və həyat yoldaşı Uendi ilə oteldə mühafiz vəzifəsində işləməyə gəlib.Burada keçmiş əyyaşlığının üstündən bir daha xətt çəkib, pyesini də yazmağa davam etməlidir. Amma bu otel öz lənəti ilə ailəni məhv etməkdə israrlıdır.Və bu hadisələr o qədər canlı təsvir olunub ki, oxucu sözün əsl mənasında özünü "Overluk"da hiss edir. "...Bilirsənmi, mister Almen onu nəyə görə işdən çıxarmışdı? Qadın demişdi ki, guya hotelin otaqlarının birində nəsə...Nəsə görüb.Həmin otaqda isə vaxtilə çox pis hadisə baş veribmiş.Söhbət 217-ci otaqdan gedir.Sən mənə söz verməlisən ki, ora getməyəcəksən, Deni.Heç yaxın da getməyəcəksən." Overlukun işçisinin Cek Toransın "parıltı" ya malik oğlu Denielə xəbərdarlığı məndə artıq o otaqda nəyin olacağı ilə bağlı təxmin yaratmışdı. Deniel qəribə uşaqdır, o parıltının sayəsində xəyali dostu " Toni" ilə danışır, düşüncələri oxuya bilir və bəzən gələcəyi də görür. Əsəri sonunu belə gözləmirdim.Daha üzücü düşünürdüm.Düzdü yenə də üzüldüm.Amma daha üzücü sonluqdansa, belə bitməsi yaxşı idi. Əsərin axıcı və təsirli aurası insanı elə cəlb edir ki, bu cəlbetmədən qurtulmaq lənətli Overlukdan qurtulmaq kimi çətindir. Səni əsla unutmayacam, Deniel! Sənə bir ömür acıyacam Cek və Uendi...!
Parıltı
ParıltıStephen King · Yay Nəşriyyatı · 20186bin okunma
Göz yaşları bir yandan yaraları sağaldır, bir yandan adamı qamçılayır, göynədir...
Sayfa 793Kitabı okudu
Reklam
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.