Qarmaqarışıq

Nəimi
9/10
74 Kişi
112
Okunma
70
Beğeni
2.886
Görüntülenme
Şübhə nə qədər təhlükəlidirsə, güvən də bir o qədər təhlükəlidir. Sevgisini etiraf etməyə qorxan, həzz üçün yaşayan bir məktəbli, ayağını vətəni, namusunu qadını, oğlunu isə vəfasız qədər almış bir axsaq, dostları tərəfindən tərk edilmiş və intiqama ac bir bədbəxt, sevdiyi oğlana təcavüzçü deyəcək bir qız, dostuyla birgə ölümünü seçən bir kursant və durmadan qız şagirdləri itən bir məktəb. Detektiv janrında yazılmış bu kitabda sevgi, məktəbdəki nöqsanlar, sağlam olmayan gənç şüuru, günümüzdəki bir çox aktual məsələlər və dəyərsiz insanlar mövzusuna toxunulmuşdur. Əsas obrazlar: Düşünün. Ətrafınızda olan dostlarınızı düşünün. Neçəsi sizin üçün canından keçər? Gec olmadan düşünün. Çünki mən gecikdim. Artıq geri dönüş yolum yoxdur. Ən yaxın dostum ən böyük düşmənimə çevrildi. Mən bunun fərqinə varanda, əlimdə heç nəyim qalmamışdı... Bilmədim, o qədər heç nəyə önəm vermədən, həzz üçün yaşadım ki, dostumun nələr yaşadığını, çətində olduğunu bilə bilmədim. Bildim... Bildim, önəm vermədim... Elə buna görə də yaşadıqlarımda günahkar bəlkə də özüməm... *** Canımı belə verəcəyim dostlarım sözlərimi ciddiyə belə almadı. Uçurumun kənarındaykən məni itələyən əllər onlarınkı oldu. Bəlkə də sevinməliyəm, çünki bu içimdəki gerçək, qaranlıqda gizlənmiş yanımı tapmağıma səbəb oldu. *** Niyə Murad, niyə? Niyə mənə olan sevgini etiraf etmək üçün ölümü şahid seçdin? Bilmirdin mi sevginin ölüm qarşısında kölgədən fərqsiz olduğunu? Atam mənim, sənsə ruhumla qəlbimin cəlladı oldun... *** Elə bir peşə seçdim ki, ölümlə yoldaş oldum. Elə bir qıza sevdalandım ki, ölümlə sirdaş oldum. Elə birini tanıdım ki, onunla qardaş oldum. Amma bilmədim, sonda ölüm onunla məni səhv salacaq. *** Ayağımı vətənim aldı, namusumu qadınım, oğlumu isə vəfasız qədər. İndiysə qızımı almaq isdəyirlər... Kimisi yaşamaq, kimisi ölmək istər, ama mən heç birini istəmədim. Çünki qızını o halda görən hər bir ata nə ölərək onu tək qoymaq, nə də yaşayaraq hər gün ölmək istər.
Yazar:
Nəimi
Nəimi
Tasarımcı:
Asəf Hüseynov
Asəf Hüseynov
Tahmini Okuma Süresi: 5 sa. 54 dk.Sayfa Sayısı: 208Basım Tarihi: 5 Şubat 2024İlk Yayın Tarihi: 27 Temmuz 2023Yayınevi: Bakı, Əlfəcin Nəşriyyatı
Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
287 syf.
9/10 puan verdi
·
Beğendi
·
27 saatte okudu
Oxumaq isteyenler 2defe düşünün,,kitab yarımçıqdı:)
Nəimi
Nəimi
necesen indi mende Ravin kimi elesem?:):) Bilseydim ki kitabin davami var oxumazdimm)Men nece basqa kitab oxuyum,deye bilersen?! Fikrim Muradda,Humrada olarken?!Neysee zehmet cekib mene qisa ozet kecersen Sonu! Sene demisdim ki tenqidlere hazir ol) Sozumu geri gotururem) Son bir nece aydir ki diqqetimi hec bir kitaba vere bilmirdim,ya fikrim oxudugumda olmurdu,ya kitabin ozu meni cekmirdi vs.Acigi kitaba baslarken cox tenqid edeceyimi dusunmusdum,niye bilmirem :D:D Ama kitabin adi ve cox deyisken xarakterlerinden basqa her seyini sevdim,ister sujet xetti olsun,ister edebi dili olsun,isterse de oxucuya catdirmaq istediyin dusunce...Bu gun eline her qelem alan men yazaram,nece kitabim var deyir,ve bu sebebdendir ki uzun muddetdir oz edebiyyatimizdan uz dondermisem. Bezi genclerimiz ruhdan dusmeseler,tembellik etmeseler cox uzaq gelecekde edebiyyatimizda isiq gorurem ) Men her kitab oxuduqdan sonra ozume sual verirem,bu kitab mene ne qatdi?! Bu kitabdan oyrendiyim bir sey olmadisa da,bu gunki "Muasir cemiyyetimizin" aktual problemleri ile bir daha uzlesdim,TEHSIL,pulsuzluq,serefsizlik..Ve dusunurem ki "Muasir Cəmiyyətimizin " peyvəndini tapmaq üçün kompleks tədbirlərə ehtiyacimiz var. Qisaca ,sukani bele saxla,Kitabin sonunda dediyin kimi
Nəimi
Nəimi
Bitmedi
Bitmedi
:) Vee sondaa... Heyatimda Dost dediklerim Yaxsiki varsinizz...
Qarmaqarışıq
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024112 okunma
Reklam
285 syf.
·
Puan vermedi
·
Beğendi
·
4 günde okudu
Ilk öncə qeyd edim ki,kitab bir nece gün önce qarsıma çıxmışdı.Oxuyummu oxumuyummu deyə düşündüm. Amma oxudugdan sonra kitabin bu qeder yaxsı olacağını düşünmemişdim..en əsas kitabın axıcılığı ve sade dil olması çox yaxşı idi.Ilk defe kitaba başlayanda sonra oxuyaram deye fikirlesdim amma kitabi oxudugdan sonra kitab ozune çekir seni..ilk defədir dedektiv eseri oxuyuram,və əsər favorim oldu deye bilerem. Deyəsən məktəbdə məşhur olmaq istəyirdinsə durmadan müxtəlif oglanlarla söhbət etməli,tanış olmalıydın.Və bunu da günümüzün "müasir"məktəblərinin daha bir acı gərçəyi kimi saymaq olardi.(S.17) Əsas da yazar şagirdlərin məktəb həyatının acınacağlı olduğunu çox yaxsi vurgulayib.Ve bunun bir reallıq olması çox acınacaqlıdır. Dost...dostluq nece de onemsiz ve xeyaldan ibaret anlayışlar imiş bunlar.Güven..asanliqla birine guvenen deyilem deyibde guvenmek.. Əsərdə də aydin oldu ki,her kese dost demek, guvenmek olmaz.Senin her daim yaninda olan,yaxsılığıni istəyən sadəcə ailen olur..çünki bəzən ən yaxın dostun belə düşməninə çevrilə bilər.hettda arxanca işlər belə çevirə biler.
Nəimi
Nəimi
gelecek heyatinizda ugurlar!Ugurlariniz bol olsunKitabin sonunu sebirsizlikle gozleyirem.
Qarmaqarışıq
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024112 okunma
285 syf.
·
Puan vermedi
·
6 günde okudu
İncələmə mövzusunda çox da yaxşı olmasamda öz fikirlərmi bildirmək istədim. Yazar kitabda günümüzün məktəb həyatını bütün açıqlığı ilə əks etdirib.Xüsusi ilə də müəllim şagird münasibətlərini. Çox utanc vericidir təhsilin bu vəziyyət gəlməsi. Kitabdakı xarakterlərdəm Hümranı çox sevdim. Axıcı kitab olsada sonunun olmamaması məni üzdü.(Seri kitabları sevmədyim üçün)
Qarmaqarışıq
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024112 okunma
Reklam
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.