Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Qızlar Bulağı Sözleri ve Alıntıları

Qızlar Bulağı sözleri ve alıntılarını, Qızlar Bulağı kitap alıntılarını, Qızlar Bulağı en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
- ...yaradılışda ən əzəli qüvvə eşqdir. Eros allahların ən qədimi,ən gənci və ən parlağıdır. Zevs haqqı, Zevsdən daha yüksəkdir. -...lakin eşq nədir? Eşq ruhun zəruri və təbii xəstəliyi deyilmi? ...eşqə xəstəlik demək doğru olmaz. Çünki eşq ölməz, daimi canlı bir qüvvədir. Lakin eşq iki qisimdir: biri göylərdı Afrodit qəlbində bəslənən, o biri isə yerdə avam arasında dolaşan eşqdir. Göy eşqi heç bir məqsəd təqib etməz və yüksəkdir. Bu, bir cinsin eyni cinsə qarşı bəslədiyi hissdən ibarətdir: kişinin kişiyə, qadının qadına. Adi eşq, yəni avam eşqi övlad törətməyin müqəddiməsidir. -...eşq eyni cinslərin deyil, başqa cinslərin züriyyət törətmək məqsədi ilə bir-birinə isnişməyindən ibarətdir....erkəyin dişiyə, dişinin erkəyə qarşı bəslədiyi arzu əvvəllər xəstə bir hal törədir. Məqsəd uzaqlaşarsa, bu xəstəlik dərinləşir. Nəhayət, cismi ehtiyac dəf olunduqdan sonra xəstəlik də yox olur. Bir cinsin eyni cinsə qarşı bəslədiyi ehtiras təbiətə qarşı üsyan etməkdən başqa bir şey deyildir!...
Zövqsüz bir ruha malik isə zahiri gözəlliyi heç deməkdir, çünki zahir batinin təzahüründən ibarət olmalı. Bu iki amil biri digərindən ayrılaraq mühakimə edilməz. Cismani gözəlliyə bir ruhani hüsn də əlavə olunarsa, tam bir ahəng vücuda gələr.
Reklam
- Şair, еşq nədir? - Еşq - varlıq çеşməsinin müsəlsəl axını, еşq - əbədiyyətin təməl daşı...
Eşq sönmüş də olsa onu alovlandırmağa çalış. Çünki insanın xəyali olmazsa, həyat məhsulsuz bir səhraya dönər.
Səadət şəxsi "mən"dən, şəxsi təmayüldən, şəxsi arzudan əl çəkərək ümumi "mən"liyə, ümumi təmayülə və ümumi arzuya xidmət etmək deməkdir.
Yaşamaq özü-özlüyündə bir məqsəddir. Yaşamaq yalnız yaşamaq üçündür. Başqa məqsəd təqib etməz.
Reklam
- Səadət nədir? - Səadət şəxsi "mən"dən, şəxsi təmayüldən, şəxsi arzudan əl çəkərək ümumi "mən"liyə, ümumi təmayülə və ümumi arzuya xidmət etmək deməkdir.
- Atanın yеrində оturmağa layiq оlduğunu isbat еtdin! - dеdim. - Taxta dеyil, еşqinə layiq оlmaq istərdim. Cavab оlaraq bütün qüvvətimlə Ərdicanı bağrıma basdım..
- İlk dəfə səninlə Qızlar bulağında görüşsəydik də...
Yalnız ilhamla vücuda gələn musiqi ruhda ahəng doğura bilir. İlham təbiətin bizə bəxş etdiyi imtiyazdır. İlhamlı insanlar mədən daşıyan torpağa bənzərlər
Reklam
Zahiri gözəlliyə çоx da uyma. Zahir müvəqqəti bir şеydir; bu gün var, sabah yоx оla bilər. Dəruni gözəllik isə sabit və dəyişilməz bir qüvvədir.
- Lakin ruh və zövqü nə qədər gözəldir? Zövqsüz bir ruha malik isə, zahiri gözəlliyi hеç dеməkdir; çünki zahir batinin təzahüründən ibarət оlmalı. Bu iki amil biri digərindən ayrılaraq mühakimə еdiləməz. Cismani gözəlliyə bir ruhani hüsn də əlavə оlunarsa, tam bir ahəng vücuda gələr.
Heyvanları himayə edərək, insanları heyvan şəklinə salan bir həyatı məmnuniyyətlə tərk edirəm!
Günəşin altında heç bir şey baqi deyil! Yalnız mətanət və mübarizə baqidir!
92 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.