Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Qızlar Bulağı Gönderileri

Qızlar Bulağı kitaplarını, Qızlar Bulağı sözleri ve alıntılarını, Qızlar Bulağı yazarlarını, Qızlar Bulağı yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Səadət nədir?
Səadət şəxsi "məndən", şəxsi təmayüldən, şəxsi arzudan əl çəkərək ümumi "mən"liyə, ümumi təmayülə və ümumi arzuya xidmət etmək deməkdir.
Sayfa 149Kitabı okudu
224 syf.
·
Puan vermedi
·
4 günde okudu
Yusif Vəzir Çəmənzəminlinin "Qızlar bulağı" romanı Azərbaycan ədəbiyyatı tarixində ilk tarixi- fəlsəfi roman kimi qiymətləndilir. "Qızlar bulağı" romanında yazıçı köhnəliklə yeniliyin mübarizəsi və dialektini tarixi-əfsanəvi materiallar əsasında obrazlı şəkildə ifadə etmişdir. Əsərdə müxtəlif dünyagörüşləri, din və fəlsəfə bir- biri ilə qarşılıqlı əlaqədə verilmişdir. Əsər tarixi roman hesab olunsa da, burada müasir dövrün insanını narahat edən bir sıra problemlərə toxunulmuşdur. Azadlıq, bərabərlik, sülh şəraitində yaşamaq, hər bir xalqın istədiyi həyatı qurmasını təmin etmək bütün dövrlər üçün aktual məsələlərdən olmuşdur. "Qızlar bulağı" romanında həyata və yaşama dair bir sıra fəlsəfi məsələlərə də yer verilmişdir. Çox bəyəndiyim bir əsər oldu.
Qızlar Bulağı
Qızlar BulağıYusuf Vezir Çemenzeminli · Bakı, Hədəf Nəşriyyatı · 201664 okunma
Reklam
- Səadət nədir? - Səadət şəxsi "mən"dən, şəxsi təmayüldən, şəxsi arzudan əl çəkərək ümumi "mən"liyə, ümumi təmayülə və ümumi arzuya xidmət etmək deməkdir.
- Dünyada ən böyük arzu nədir? - Arzusuzluq! - Ən böyük həqiqət hankıdır? - İnkar! - Ən düzgün yol? - Şübhə! - Ən böyük həzz? - Nisyan!
Yalnız ilhamla vücuda gələn musiqi ruhda ahəng doğura bilir. İlham təbiətin bizə bəxş etdiyi imtiyazdır. İlhamlı insanlar mədən daşıyan torpağa bənzərlər
Reklam
Yaşamaq özü-özlüyündə bir məqsəddir. Yaşamaq yalnız yaşamaq üçündür. Başqa məqsəd təqib etməz.
- İlk dəfə səninlə Qızlar bulağında görüşsəydik də...
Mənə ürəyində bəslədiyi hisslər оnu mənə еlə bağlamışdı ki, mənim fikrim, mənim zеhnim, mənim iradəm оnunku оlmuşdu.
- Atanın yеrində оturmağa layiq оlduğunu isbat еtdin! - dеdim. - Taxta dеyil, еşqinə layiq оlmaq istərdim. Cavab оlaraq bütün qüvvətimlə Ərdicanı bağrıma basdım..
Reklam
Haraya gеtsəm, daim önümdədir... Bax, indi ayı sеyr еdərkən həp оnu görürəm... Ulduzların arxasında gizlənir...
İnsan həşəratın ən zərərlisidir: ilan çalar, adam ölər qurtarar, İnsan İnsanı еlə bir hala salar ki, ömrünün sоnuna qədər əzab içində çırpınar.
98 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.