Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ruhlarla Söhbət

Allan Kardec
8.1/10
29 Kişi
66
Okunma
37
Beğeni
6,1bin
Görüntülenme
Biz haradan gəlmişik, nə üçün yaşayırıq, hara gedirik? Mən nə vaxt, harada, necə öləcəyəm? Cənnət və cəhənnəm deyilən bir yer varmı? İnsan oğlu özünü dərk edən gündən indiyə qədər bu əbədi suallara cavab axtarıb. Hətta nə fəlsəfə ilə, nə də dinlə maraqlanmayanlar belə - savadlılar da, savadsızlar da; qadınlar da, kişilər də; varlılar da, kasıblar da; millətindən, dinindən, irqindən asılı olmayaraq, hər kəs nə vaxtsa özünə "Ölümdən sonra həyat varmı?" sualını verib, "o biri dünyanın" mövcud olub-olmaması haqqında söylənən fikirlərə heç vaxt biganə qalmayıb, ümumiyyətlə, həyatın ən sirli, ən müəmmalı, ən möcüzəli, ən acı, ən qorxunc, eyni zamanda ayrılmaz bir parçası olan "ölümün" nə olduğunu dərk etməyə çalışıb. Əlinizdə tutduğunuz bu kitabda sizi narahat edən bu əbədi suallara cavab tapacaqsınız. Bu cavablar nə filosofların, nə din xadimlərinin, nə peyğəmbərlərin, nə müqəddəslərin, nə də materialistlərlə idealistlərin cavablarıdır. Bu suallara cavab verənlər nə vaxtsa bizim kimi həyatda yaşayan, sonra isə ölüb bu dünyanı tərk edən insanların bizim "o biri dünya" adlandırdığımız bir məkanda yaşamaqda davam edən ruhlarıdır. Oxucu insanı ölümdən sonra nələrin gözlədiyini ilk dəfə olaraq bu kitabdan oxuyacaq, həqiqəti məhz ruhların dilindən dinləyəcək, bunun bir növ canlı şahidi olacaq. "Ruhlarla söhbət"i oxuduqca dərk edirik ki, ölümü başa düşmədən həyatın mənasını anlamaq mümkün deyil, eləcə də həyatı başa düşmədən ölümü anlamaq qeyri-mümkündür. Spiritizm nəzəriyyəsinin fundamental əsəri olan "Ruhlarla söhbət" ilk dəfə 1857-ci il aprelin 18-də Parisdə işıq üzü görüb. Məşhur medium Allan Kardekin tərtib etdiyi bu kitabda müəllifin özünün və onun medium həmkarlarının həyatı tərk etmiş insanların ruhlarına verdikləri həyat və ölüm haqqındakı 1000-dən çox sualın cavabları əks olunub. "Ruhlarla söhbət" nəşr olunduğu gündən indiyədək Fransada, Avropada, eləcə də dünyanın digər ölkələrində müxtəlif nəşriyyatlar tərəfindən, müxtəlif dillərdə, milyonlarla tirajla çap edilib və indi də çap olunmaqdadır. Azərbaycan oxucularına ilk dəfə təqdim olunan - bəzi ölkələrdə müqəddəs bir kitab kimi qəbul edilən bu kitab 1857-ci il Paris nəşrindən tərcümə olunmuşdur.
Yazar:
Allan Kardec
Allan Kardec
Tahmini Okuma Süresi: 11 sa. 54 dk.Sayfa Sayısı: 420Basım Tarihi: 2018İlk Yayın Tarihi: 15 Kasım 2005Yayınevi: Teas Press Nəşriyyatı
ISBN: 9789952310108Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
420 syf.
10/10 puan verdi
·
Beğendi
·
70 günde okudu
Əslində kitabı 3-4 günə oxudum.O qədər axıcı və maraqlı idi ki kitabın bitməsini heç istəmirdim məhz bu səbəbdən bitməsinə 7 vərəq qalanda kitabı qoydum kənara və 70 ci gündə tamamlamağa qərar verdim:). Oxumağa dəyər! Mənə,bir cümlə ilə kitabı izah edə bilərsənmi desələr:"Həyata baxışı deyişəbilmə gücünə sahib olan kitabdır." cümləsini əminliklə deyərdim.
Ruhlarla Söhbət
Ruhlarla SöhbətAllan Kardec · Teas Press Nəşriyyatı · 201866 okunma
Reklam
420 syf.
8/10 puan verdi
·
Beğendi
Ruhlar tekrar-tekrar həyata qayıtmaqla, başqa-başqa bədənlərdə yaşamaqla saflaşır. Nə vaxt ki, tamamilə pak olur, yəni artıq onda heç bir qüsur qalmır, onda saha həyata qayıtmır
Ruhlarla Söhbət
Ruhlarla SöhbətAllan Kardec · Teas Press Nəşriyyatı · 201866 okunma
671 syf.
10/10 puan verdi
·
Beğendi
Deneysel Ruhçuluk veya Neo Spiritüalizmin öncülerinden Kabul edilen Kardec, bu Kitabı yüksek tekamül düzeyindeki ruhlar ile kurulan irtibatlar ve medyumlar vasıtasıyla alınan bilgiler ışığında yazmıştır. İçerdiği kıymetli öğretiler ve yaşanmış tecrubeler nedeniyle mutlaka okunması gerektiğine inanıyorum.
Ruhlar Kitabı
Ruhlar KitabıAllan Kardec · Ruh ve Madde Yayınevi · 201166 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.