Ruhlarla Söhbət

Allan Kardec

Sözler ve Alıntılar

Tümünü Gör
Ölüm vicdanı təmiz, insani keyfiyyətlərə malik olan adamlar üçün qətiyyən ağrılı olmur, onlar üçün ölüm yuxu ya getməyə bənzəyir. O adamların ki vicdanı təmiz deyil, hər şeydə ancaq öz xeyirlərini güdürlər, onlar üçün, əksinə, ölümünü dərk etmək həyəcanlı və qorxulu olur. O ki qaldı kollektiv şəkildə ölən insanlar, məsələn, gəmi qəzasında, kollektiv şəkildə güllələnmədə müşahidə olunub ki, eyni zamanda ölən adamların ruhları bir -birini o dəqiqə görmürlər. Qəfil ölümdən çaşqınlığa düşən ruhlar, necə deyərlər, kimisə axtarmağa, kimisə tanımağa tələsmir. Çünki hərəsi öz başının hayına qalır.
O adamlar ki həyatda heç nədən korluq çəkmirlər, necə deyərlər, xoşbəxtdirlər, onlar qorxaq, cəsarətsiz, yerində sayan ruhlardır. Yeri gəlmişkən, ən xoşbəxt həyat o həyatdır ki, həmişə dalğalı, tufanlı, problemli, çətinliklərlə dolu olsun, o həyatda ki ağrı yoxdur, həmin həyat xoşbəxt həyat deyil.
Reklam
14. Tanrı ayrıca bir varlıqdır , yoxsa , bəzilərinin dediyi kimi , kainatda olan bütün güc və şüurun ortaq bir məxrəcidir ? Əgər belə olsaydı, Tanrı səbəb yox, nəticə olardı. Məsələ burasındadır ki, Tanrı eyni zamanda həm səbəb, həm də nə ticə ola bilməz. Ən başlıcası odur ki, Tanrı var və siz də Onun varlığına inanırsınız. Bunu bildinizsə, kifayətdir. Mənim sizə məsləhətim budur ki, çox dərinliklərə baş vurmayasınız. Yoxsa elə bir labirintə düşərsiniz ki, oradan qətiyyən çıxa bilməzsiniz. Onsuz da nə qədər dərinə getsəniz belə, heç nə əldə edə bilməyəcəksiniz. Əksinə, hiss edəcəksiniz ki, sən demə, heç nə bilmirmişik. Bu saysız-hesabsız fəlsəfi fikirləri, nəzəriyyələri, təriqətləri, sistemləri atın getsin. Yaxşısı budur, özünüzlə məşğul olun. Baxın,nə çatışmayan cəhətləriniz var, onları düzəldin. Bu daha vacibdir .
Yatdığımız zaman ruhumuzun bədənimizdən ayrılıb azad şəkildə gəzib-dolanmasını sübut edən bir şey var? Əlbəttə. Yuxular. Yatan bədənə ruh lazım deyil. O da bu müvəqqəti azadlıqdan istifadə edərək bədəndən çıxıb başqa ruhlarla görüşür. Siz deyirsiniz: "Bu gecə qəriba bir yuxu görmÜşəm. Heç bilmirəm harada idim. Dəhşətli bir yuxu idi". Əslində, dəhşətli heç bir şey yoxdur. Sənin yuxuda olduğun yer əvvəlki həyatında olduğun yerlərdir, ya da gələcək həyatında hara gedəcəksən, oralar... Bədən istirahət edəndə ruhun əlinə, necə deyərlər, girəvə düşür. Ístəyir bədənlə onu bağlayan "zəncirlər"i qırıb qaçsın. Ya keçmiş həyatındakı yerləri gəzir, ya da galəcək həyatında hara gedəcək, o yerlərə baş çəkir. Siz, doğrudan da, yazıq adamlarsınız. Həyatın ən adi fenomenlərindən belə başınız çıxmır. Siz özünüzü savadlı, alim hesab edirsiniz, ancaq adicə bir uşaq sualına - "niyə biz yuxu görürük?" sualına cavab verməyə belə qadir deyilsinız.
Nə üçün fiziologiya ilə, anatomiya ilə, ümumiyyətlə, təbiət elmləri ilə məşğul olan alimlər, adətən, materialist olurlar? Onlar ancaq gördüklərinə inanırlar, həm də onlara elə gəlir ki, təbiət onlardan heç nəyi gizlədə bilməz. Ümumiyyətlə, siz insanlara elə gəlir ki, hər şeyi bilirsiniz. Sizə çatmır ki, təbiətdə elə şeylər var ki, onlardan qəti xəbəriniz yoxdur.
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.