En Eski Əsarət (Esaret) kitaplarını, en eski Əsarət (Esaret) sözleri ve alıntılarını, en eski Əsarət (Esaret) yazarlarını, en eski Əsarət (Esaret) yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Günümüzün müsəlmanı öz həqiqi kökündən çox uzaq düşüb . Başı xurafata , dünya ləzzətlərinə , ixtilaflara , yada ki , tamamilə siyasətə qarışıb . Odur ki , öz dərin elmi irsini öyrənməyə və onu dünyanın elmi sərmayəsina qatmağa vaxtı yoxdur .
Əxlaq, mənəviyyat, din mövzularında radikal inkarçı mövqe tutan insanların əksəriyyəti ailə institutuna qarşı çıxır, məhəbbət, sədaqət kimi məfhumları qəbul etmirlər. Əxlaqsız, əyyaş həyat tərzi keçirən "mütəfəkkirin" fəlsəfəsini öz mənəviyyatsız həyat tərzlərinə çətir edirlər. Həyatlarını yaşam fəlsəfələrinə deyil, fəlsəfələrini yaşam tərzlərinə uyğunlaşdırırlar.
İngilis filosofu Bertran Uilyam Rasselə görə:
"İmanı dəlil-sübut olmadan hər hansı bir şeyə olan əminlik kimi ifadə etmək olar. Dəlil olan yerdə heç kim iman ifadəsini işlətmir. Biz "iki vur iki dörd edir", yaxud da "Yer kürə şəklindədir" iddialarından bəhs edərkən iman kəlməsini işlətmirik. Yalnız dəlil-sübutu hislərlə əvəz etmək istədikdə imandan danışırıq".
Tanrı övliyalarının mələklə rabitə qurmaları və s. dini təcrübə faktlarıdır. İnanclı insanların keçirdiyi hisləri inancsız şəxslər keçirmirlər. Dini etiqadı olmayan insanın bu həqiqətləri dərk etməsi və hiss edə bilməsi üçün tək yol dinə etiqad etmək və bu etiqadı yaşam tərzinə də yansıtmaqdır.