Əsarət (Esaret)

Rövşen Abdullaoğlu

Öne Çıkan Əsarət (Esaret) Gönderileri

Öne Çıkan Əsarət (Esaret) kitaplarını, öne çıkan Əsarət (Esaret) sözleri ve alıntılarını, öne çıkan Əsarət (Esaret) yazarlarını, öne çıkan Əsarət (Esaret) yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Məlumat yetərsizliyi tarix boyu fərqli ideologiyaların yaranmasının ən başlca səbəblərindəndir. Ídeoloji məktəblərin, siyasi cərəyanların, mədəniyyətlərin bir-birini yersiz ittiham etmələrinin kökündə də bu səbəb durur. Tanrıya inandığını, yaxud inanmađığını deyən insanların belə, demək olar ki, əksəriyyətinin Yaradana, inanc məktəblərinə olan yanaşmalarına diqqət edəndə mövzu ilə əlaqədar kifayət qədər məlumatsız olduqlarını görürsən.
Hər hansı bir mövzunu isbat va ya rədd edə bilmək üçün kifayət qədər biliyə sahib olmadan söz demək oxumadığın kitab haqqında özündən fikir bildirməyə bənzəyir.
Reklam
Müharibə o qədər qəddar bir işdir ki, insanlara deyil, heyvanlara layiqdir.
Sayfa 102Kitabı okudu
Bir mövzunu bilmədiyini bilən insan ya bu elmsizliyini düzəltməyə çalışacaq, ya da o mövzuda kimsə nəsə danışanda öz məlumatsızlığını nəzərə alıb müdaxilə etməyəcək. Bilmədiyini bilməyən insana isə nəyisə sübut etmək, onun fikrinin əksini demək qeyri-mümkündür. Çünki o, bilmədiyi halda özünü alim sanır.
Sayfa 166Kitabı okudu
İnsan pisixoloji baryerlərdən azad olmadığı müddətcə onunla elmi müzakirələrin, demək olar ki, faydası yoxdur...
Reklam
Əvvələr iqtidar keşişlərin papaların əlində cəmləşmişdisə ,indi siyasətçilərin , elm adamlarının əlinə keçdi .Sitayişin predmeti dəyişib , dəyişilməyən köləlik sistemidir
Sayfa 146Kitabı okudu
Düşüncə və qərarları üzərində könüllü olaraq ixtiyarı əldən vermiş insan ən rəzil köləliyi qəbul etmiş, beyni əsarətda olan biridir. Bu əsarətdan qurtulmaq üçün ilk addım kölə olduğunun fərqinə varmaqdır.
Sayfa 3 - Qədim Qala
Günümüzün müsəlmanı öz həqiqi kökündən çox uzaq düşüb. Başı xurafata dünya ləzzətlərinə ixtilaflara, ya da ki, tamamilə siyasətə qarşıb
350 syf.
8/10 puan verdi
·
3 günde okudu
Yazıçı əvvəl ümumi izahat verdikdən sonra tarixdə geri dönərək bütün inancların kökündən analizinə başlayır, mövzuya aid bütün anlayışları da ətraflı izah edib real nümunələrdən misal gətirərək davam edir. Orta əsrlərdə yaşamış zahid şəxsiyyətlərdən sitatlar gətirməsi də kitaba əlavə aydınlıq və maraq qatır. Bir insanın öz inancını seçməsinə kömək etmək üçün ideal kitabdır. Mənə böyük yardımı dəydi, sizə də dəyər deyə düşünürəm. Bir hissədə də oxucuya xitabən deyir: "Yaradan haqqında həqiqətə çatmaq istəyirsənsə, yalnız özünü kənar (psixoloji) təsirlərdən azad etdikdən sonra bu kitabı mütaliə etməlisən. Əks halda gələcəyimiz qənaət məhkəmədən əvvəl çıxarılan hökmə bənzəyə bilər." Və yaxud sonda da yazıldığı kimi: "Daxili və xarici təsirlərin altında doğru yolu seçmək dəmirçi emalatxanasında oturub kamança çalan birini dinləməyə bənzəyir, çətin ki, qulağa xoş gələn nəsə eşidə biləsən." Şübhəsiz, özü ilə dürüst olan kəs beynindəki dəmirçi çəkicini susdurub kamançanın səsini duya biləcək. Bu yolda hamıya uğurlar:)
Əsarət (Esaret)
Əsarət (Esaret)Rövşen Abdullaoğlu · Qədim Qala · 0123 okunma
116 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.