Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Xoşbəxt Ailə Modeli

Hacı Şahin

Yorumlar ve İncelemeler

Tümünü Gör
112 syf.
8/10 puan verdi
Bütün xoşbəxt ailələr bir birinə mi bənzəyir ???
Kitabın yazarından yola çıxaraq bu kitabın dinə aid bir kitab olduğunu düşünmək olar. Amma belə deyil. Ön yargı ilə başladığım bu kitab mənə çox şey qatdı. Ailə həyatı quracaqlar və ailəli şəxslərə şiddətlə oxumağı tövsiyə edirəm. Kitabda ailə quruluşu necə olmalıdır,kişi və qadın arasındakı münasibətlər,fərqlər,ailədə uşağın rolu, tərbiyəsi və s. kimi mövzulara toxunulur. Hər şeyin öz cizgisindən çıxdığı bu "müasir"dövrdə ailəni necə qorumalı və ailə quracağımız insanı necə dəyərləndirməli olduğumuz haqqında faydalı məsləhətlər var. Evin rəisi kimdi ? Kişi ya qadın ? Hər iki cins ailədə rəisdir. Sadəcə fərqli sferalarda.Kişi maddi, qadın mənəvi rəisdir. Qadın ailənin məzmununu idarə edir. Kişi isə ailənin formasını. Kitabda kişi öz qadını ilə necə rəftar eləməlidir,qadın öz əri ilə necə davranmalıdır çox gözəl şəkildə izah edilib. Açığını desəm dindar biri deyiləm və həmişə də içimizdəki sözdə "dindar"insanlar ucbatından dindən yan qaçmışam. Və hər zaman da bu cümlə mənə əsəb keçirdirdi " Qadın kişisinə itaət etməlidir". Kitabda bu cümlə o qədəər gözəl izah edilib ki,heyran qaldım. Ailədə kişinin və qadının öhdəlikləri, səlahiyyətləri açıq və səlis bir dildə oxucuya çatdırılıb. Kitab haqqında çox yazmaq istəyirəm amma çox da danışıb marağı öldürmək lazım deyil məncə ) . Hər kəsə xoş mütaliələr...
Xoşbəxt Ailə Modeli
Xoşbəxt Ailə ModeliHacı Şahin · Parlaq İmzalar · 012 okunma
Reklam
112 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
"...Yadımdadır, pis vərdişi olan bir yeniyetmənin anası zəng etmişdi. Ana təşviş içində hey övladından gileylənirdi, heç mənə də söz deməyə imkan vermirdi. Anadan soruşdum ki, övladlarına çox diqqət yetirirlər? Cavab verdi ki, yoldaşı ilə ikisi bütün günü uşağı maddi cəhətdən təmin etmək üçün işləyirlər, bundan da böyük sevgi və diqqət ola bilməz. Yenə soruşdum ki, bəlkə, övlad bunu dəyərləndirmək iqtidarında deyil, o, sadəcə, sevildiyini eşitmək və hiss etmək istəyir. Ana yenə də çəkdiyi əzab-əziyyətdən danışmağa, öz həyatından gileylənməyə başladı. Bəlli idi ki, uşağın ən çətin vaxtında ana yenə də özünü düşünür, nə məni, nə də uşağını eşitmək istəyir. Bizdən də tələbi bu idi ki, onunla söhbət edib möcüzə göstərək. Allaha şükür olsun ki, ananın öz davranışını və həyata yanaşmasını düzəltməsindən sonra uşağın da problemləri öz həllini tapdı. Təəssüf ki, əks hallarla da üzləşmişik. Valideyn övladını zamanın tələblərini nəzərə almadan elə mühafizəkar mühitdə böyüdüb ki, yetkinlik yaşına çatan uşaq yeni və "kul" görsənmək üçün ən vulqar yollara əl atıb. Paytaxtımızda yerləşən İsmailiyyə sarayının üzərində yazılmış bir hədisi qeyd etmək yerinə düşür: "Sizin dövrünüz sizinlə ölür, övladlarınızı yeni dövrə hazırlayın" "
Xoşbəxt Ailə Modeli
Xoşbəxt Ailə ModeliHacı Şahin · Parlaq İmzalar · 012 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.