Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Qisas ilahəsi

Jo Nesbo
Jo Nesbo – norveçli yazıçı, musiqiçi, keçmiş iqtisadçı və müxbir. Əsərləri 40-dan çox dilə tərcümə edilmiş, 30 milyon nüsxə satılmışdır. Jo Nesbo ən çox inspektor Harri Hole haqqında olan cinayət romanı seriyasına və Di Derre rok qrupunun mahnı yazarı kimi tanınır. 2007-ci ildə Doktor Proktor haqqında uşaq kitabları yazmışdır. 2011-ci ildə "Kəllə ovçuları" romanı, 2017-ci ildə isə "Qar adam" romanı əsasında eyniadlı film çəkilmişdir. Nesbo 1997-ci ildə ilk romanı olan Yarasa kitabını çap elətdirir və Harri Hole haqqında yazılan romanlar seriyasının başlanğıcını qoyur. Bu əsəri yazmağa onu uzun müddət Avstraliyada yaşadığı müddət ərzində təsirləndiyi hadisələr ilhamlandırır. Bu əsər çap olunduqdan sonra sensasiya yaradır və tənqidçilər tərəfindən "ani bestseller" adlandırılır. Bu əsərə görə yazıçı "Şüşə açar" mükafatına layiq görülür. Harri Hole seriyası əvvəllər kriminal polis əməkdaşı olan, sonradan isə Milli Cinayətkarlığa Qarşı Mübarizə Xidmətinə (KRİPOS) keçən Harri Holenin fəaliyyətindən bəhs edir. Yazar özü açıqlayır ki, Harri adını uşaqlıqda futbol oynayanda tanıdığı bir futbolçunun adından, Holeni isə uşaq vaxtı nənəsinin onu qorxutduğu polisin adından götürüb.
Yazar:
Jo Nesbo
Jo Nesbo
Tahmini Okuma Süresi: 20 sa. 4 dk.Sayfa Sayısı: 708Basım Tarihi: 2015Yayınevi: Qanun Nəşriyyatı
ISBN: 9789952360707Dil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
708 syf.
9/10 puan verdi
·
Beğendi
·
27 günde okudu
"...Lev Qrettenin bədəni çilçırağa bağlanmış qısa kəndirdən asılmışdı. Onun ayaqları döşəmədən yarım metr yüksəklikdə, aşmış stulun üzərində sallanırdı. Deməli, buna görə meyitə yalnız milçəklər və bir də kəndirlə aşağı-yuxarı sıra ilə hərəkət edən sarı qarışqalar müdaxilə etmişdilər. Döşəmə üzərində divanın yanında Beate cərəyana bağlanmış şarjla cib telefonunu tapdı və indi Levin son olaraq kiminlə danışdığını öyrənə bilərik- dedi. Harri mətbəxə keçdi və işığı yandırdı. Mətbəx stolunun üstündə olan A4 formatında kağız vərəqində o, mavi metal rəngində tarakan gördü. O, bığlarını ona tərəf tərpədib sürətlə qabın altına çəkildi. Harri əllə yazılmış vərəqi götürdü. O, ölümqabağı yazılmış belə yazıları çox oxumalı olmuşdu və onların az bir qismi ədəbi yaradıcılıq nümunəsi sayıla bilərdi..."
Qisas ilahəsi
Qisas ilahəsiJo Nesbo · Qanun Nəşriyyatı · 201524 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.