Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Mirassız Varislər

Kamran Qasımov

Yorumlar ve İncelemeler

Tümünü Gör
160 syf.
8/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Tarixi sevirsinizsə, kitabı mütləq oxuyun.Kitab 2011-ci ildən yazılmağa başlayıb, 2014-cü ildə nəşr edilib. Romana nəzər yetirdikdə görə bilərik ki,bundan 10 il əvvəldə Azərbaycan və İran arasındakı münasibət indiki kimidir. Farsların bizə qarşı hiyləgər yanaşması bariz şəkildə romanda oxucuya çatdırılır. Mənim fikrimcə, hər bir azərbaycanlının oxuya biləcəyi bir kitabdır. Kitabı oxuyub tarixi, etimoloji biliklərə sahiblənə bilərik. Oxumağa dəyər
Mirassız Varislər
Mirassız VarislərKamran Qasımov · Qanun Nəşriyyatı · 20214 okunma
Reklam
160 syf.
8/10 puan verdi
·
Beğendi
·
11 günde okudu
"...Leyla və Malikin gözləri heyrətdən bərəlmişdi. Əyyub mücrünün üstünü təmizləməyə başladı, onu dərinlikdən çıxartmağa çalışdı. Malik bunu görcək, həmin hissəyə yenidən kürək vurdu. Leyla fanarı tutmuşdu. Əyyub iki əli ilə mücrünü torpağın dərinliyindən çıxardı, üstünü təmizlədi. Mücrünün əntiq əşya olmasına şübhə yox idi, amma bağlanan hissədə sonradan şifrəli qıfılın quraşdırılması açıq-aydın görünürdü. Belə şifrəli qıfıllar daha çox diplomat çantalarda rast gəlinirdi. Ən maraqlısı da bu idi ki, mücrünün aşağı hissəsində "Şir-Xurşid"in şəkli əks olunmuşdu. Leyla mücrünü Əyyubdan alaraq, barmaqlarını onun üzərinə sürtdü və qeyri-ixtiyari şəkildə "Ata" kəlməsini söylədi..."
Mirassız Varislər
Mirassız VarislərKamran Qasımov · Qanun Nəşriyyatı · 20214 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.