Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Taleyin Əzablar Hədəfi

Elçin Usubov

Yorumlar ve İncelemeler

Tümünü Gör
160 syf.
8/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
"...Polis işçiləri cinayət yerini çoxdan mühasirəyə almışdılar. Ekspertiza aparmaq üçün caninin cinayət yerinə gətirilməsini gözləyirdilər. Məni otağa apardılar. Qollarımın qandallı olmasına alışa bilmirdim. Dərhal məndən "törətdiklərimin" ən kiçik təfərrüatına qədər həm göstərməyi, həm də danışmağı tələb elədilər. «Törətdiyim» cinayəti öz xəyalımda süni şəkildə canlandırdığım kimi süni şəkildə də danışdım, göstərdim. Çarpayının üstündə, yəni yataqda tabaşirlə insan fiquru cızılmışdı. Çarpayıdan bir az kənarda isə tumbanın üstündə arxası dayaqlı bir şəkil var idi. Bu şəkildə gözəl bir qız təsvir olunmuşdu. Mən uzun-uzadı bu şəklə baxırdım, gözlərimi ondan ayıra bilmirdim. Mənim bu vəziyyətdə donub qaldığımı görən bir polis işçisi cəld bu şəkli götürüb gözlərimə soxmağa başladı: -Bax, ay oğraş, yaxşı-yaxşı bax bu qıza! Sənin oğraşlığına görə bu qız artıq həyatda yoxdur. Yazığın heç 25 yaşı yox idi. Nə görmüşdü həyatda?! Heç nə!.."
Taleyin Əzablar Hədəfi
Taleyin Əzablar HədəfiElçin Usubov · Qanun Nəşriyyatı · 20135 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.