Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Zamanın Daha Qısa Tarixi

Leonard Mlodinow

Zamanın Daha Qısa Tarixi Sözleri ve Alıntıları

Zamanın Daha Qısa Tarixi sözleri ve alıntılarını, Zamanın Daha Qısa Tarixi kitap alıntılarını, Zamanın Daha Qısa Tarixi en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
İnsan gözünün görə bildiyi müxtəlif rənglər, əslində, işığın müxtəlif dalğa uzunluqlarıdır; spektrin bir ucundakı qırmızı rəng ən uzun dalğa uzunluğuna, digər ucundakı mavi rəng isə qısa dalğa uzunluğuna malikdir.
Eyni qayda ilə əgər indiki kimi yalnız böyük partlayışdan sonra nə baş verdiyini bilsəydik, böyük partlayışdan əvvəl nələrin olduğunu təxmin edə bilmərik. Fikrimizcə, Böyük Partlayışdan əvvəl baş verənlərin partlayışdan sonra baş verənlərə heç bir təsiri yoxdur və buna görə də onlar kainatın elmi modelinin bir hissəsi ola bilməzlər. Partlayışdan əvvəlki hadisələri modeldən kənarda qoysaq, zamanın partlayışla başladığını deyə bilərik. Bu, o deməkdir ki, “Böyük partlayış üçün şəraiti kim yaradıb?” kimi suallar elmin cavab axtardığı suallardan deyil.
Reklam
Fəza-zamanın bir sərhədi yoxdursa, sərhəd şərtlərindəki davranışları izah etməyə (demək ki, kainatın ilkin vəziyyətini bilməyə) ehtiyac da yoxdur. Fəza-zamanın Tanrıya istinad edərək açıqlamağa çalışacağımız bir kənarı, ya da yeni qanunlarla müəyyən edəcəyimiz bir sərhəddi yoxdur. Belə deyə bilərik: "Kainatın yeganə sərhəd şərti sərhədinin olmamasıdır". Kainat özü özünü ehtiva edir və özündən kənarda heç nəyin təsirinə məruz qalmır. Nə yaradılmışdır, nə də yox olacaq. Kainat sadəcə mövcuddur. Kainatın başlanğıcı olduğuna inandıqda bir yaradıcının yeri aydın görünür. Ancaq kainat özü özünü ehtiva edirsə, sərhəddi və ya kənarı, başlanğıcı və sonu yoxdursa, "yaradıcının rolu nədən ibarətdir?" sualının cavabı o qədər də aydın deyil.
İlk baxışda istənilən istiqamətdə kainatı eyni göründüyünü göstərən bütün bu sübutlar belə təəssürat yarada bilər ki, sanki bizim kainatdakı yerimiz xüsusidir. Üstəlik, digər bütün qalaktikaların bizdən uzaqlaşdığını müşahidə ediriksə, onda kainatın mərkəzində olduğumuzu düşünə bilərik.
Fridman kainat haqqında çox sadə iki nəzəriyyə irəli sürdü: hansı istiqamətə baxdığımızdan asılı olmayaraq, kainat eyni (identik) görünür və bu hal kainatı istənilən nöqtədən müşahidə etsək, yenə də qüvvədə olacaq.
Bəzən çox böyük bir ulduz çökəndə ulduzun hissələri supernova adlanan böyük partlayışla kosmosa səpələnir. Supernova partlayışı o qədər güclüdür ki, ulduzun qalaktikasındakı bütün ulduzların cəmindən daha çox işıq saça bilər. Buna misal olaraq qalıqlarını indi "Xərçəng Nebulası" olaraq müşahidə edə bildiyimiz supernovanı göstərə bilərik. Bu supernova 1054-cü ildə Çinlilər tərəfindən qeydə alınıb. Ulduz təxminən 5000 işıq ili uzaqda partlasa da, aylarla adi gözlə görünən o qədər parlaq idi ki, işığında gündüzlər görünə, gecələr onun işığında mütaliə etmək mümkün imiş. Beş yüz işıq ili uzaqda, Xərçəng Nebulasına 10 dəfə yaxın olan supernova yüz qat daha parlaq olacaq və gecəni gündüzə çevirəcək. Belə bir partlayışla işığın intensivliyini təsəvvür etmək üçün nəzərə alın ki, supernova Günəşdən on milyonlarla dəfə uzaqda olsa da (Günəşin səkkiz dəqiqəlik məsafədə olduğunu unutmayın) Günəş işığına rəqibdir. Əgər supernova bizə kifayət qədər yaxında partlasa, dünya dağılacaq, lakin onun yaydığı radiasiya yer üzündəki bütün canlıları öldürməyə kifayət edəcək.
Sayfa 106Kitabı okudu
Reklam
Hazırda alimlər kainatı iki fundamental qismi nəzəriyyə ilə izah edirlər: ümumi nisbilik nəzəriyyəsi və kvant mexanikası. Ancaq, çox təəssüf ki, bu iki nəzəriyyə bir-biri ilə uzlaşmır-onların hər ikisi eyni zamanda doğru ola bilməz.
Parallaks
Yolda, yaxud fəzada irəlilədikdə yaxındakı və uzaqdakı obyektlərin nisbi mövqeləri siz hərəkət etdikcə dəyişir. Bu dəyişikliyi ölçməklə cisimlərin nisbi məsafələrini müəyyən etmək olar.
“100 müəllif Eynşteynə qarşı” adlı kitab nəşr olunanda sərt bir cavab verərək, “Əgər haqsız olsaydım, bir nəfər də bəs edərdi!”-dedi.
Sayfa 186Kitabı okudu
Dopler effekti
Fiziklər rəngin, yaxud tezliyin sürüşməsini "Dopler effekti" adlandırırlar. Səs dalğaları üçün bu effekt bizim hamımıza tanışdır. Yoldan keçən bir avtomobilin səsini dinləyin; avtomobil yaxınlaşarkən onun mühərrikinin, yaxud siqnalının səsi zilə çıxır, avtomobil keçib getdikdən sonra səs azalır. Avtomobilin mühərrikinin, yaxud siqnalının səsi bir-birini izləyən təpə və çuxurlardan ibarət dalğaları yayır; hərəkət edən avtomobilin yaydığı dalğalar arasındakı məsafə- səsin dalğa uzunluğu dayanan avtomobilinkindən daha qısadır. Dalğa qısaldıqca hər saniyə qulağımıza çatan hava dalğalanmalarının sayı artacaq; bu, səsin daha zil olması, yaxud tezliyinin artması mənasına gəlir.
605 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.