Zamanın Daha Qısa Tarixi

Leonard Mlodinow

Sayfa Sayısına Göre Zamanın Daha Qısa Tarixi Sözleri ve Alıntıları

Sayfa Sayısına Göre Zamanın Daha Qısa Tarixi sözleri ve alıntılarını, sayfa sayısına göre Zamanın Daha Qısa Tarixi kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
İşıq İli
İşığın bir ildə qət etdiyi məsafə olan "işıq ili" vahidindən istifadə edirik. İşıq bir saniyədə 300 000 km məsafə qət edir, yəni bir işıq ili olduqca uzun məsafədir.
Sayfa 12
Mütəmadi olaraq ulduzları müşahidə edirsinizsə, alatoranda üfüqə yaxın, sanki göydən asılmış, digərlərindən fərqlənən bir işıq görə bilərsiniz. O, planetdir - Merkuri, amma bizim planetimizə heç oxşamır. Merkuridə bir gün, Merkuri ilinin üçdə ikisi qədərdir; səthindəki temperatur gündüz +400°C-ni keçir və gecə təqribən -200°C-yə düşür.
Sayfa 12
Reklam
Qədim yunanlar gecənin qaranlıq səması ilə də yaxından maraqlanırdılar. Aristotel dövrünədək insanlar əsrlər boyunca gecə vaxtı səmada işıqların hərəkətlərini müşahidə etmişdilər. Onlar beş işıq istisna olmaqla (Ayı nəzərə almırıq), minlərlə işığın səmada birlikdə hərəkət etdiyini görmüşdülər. Qrup halında hərəkət etməyən işıqlar bəzən şərqdən-qərbə istiqamətlənmiş hər zamankı yollarından kənara çıxır, sonra eyni yolu qayıdırdılar. Bu göy cisimləri "səyyah" sözünün yunanca qarşılığı olan "planet" adlandırıldı. Yunanlar ancaq beş planeti müşahidə edə bilmişdilər, çünki köməksiz gözlə yalnız bu beş planeti görmək mümkündür: Merkuri, Venera, Mars, Yupiter və Saturn.
Sayfa 16
Ptolemeyin modeli sabit ulduzlar kürəsinin xaricində cənnət və cəhənnəm üçün kifayət qədər yer saxladığına görə dini mətnlərə zidd olmayan kainat görüşü kimi Xristian Kilsəsi tərəfindən də qəbul edildi.
Elm filosofu Karl Popperin ifadə etdiyi kimi, yaxşı bir nəzəriyyə müşahidə və təcrübə nəticəsində səhv olduğu göstərilə bilən proqnozlar irəli sürən nəzəriyyədir.
Elmin Əsas Məqsədi
Elmin əsas məqsədi kaninatı bütövlükdə izah edən vahid nəzəriyyəni yaratmaqdır.
Sayfa 25
Reklam
278 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.