Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Züleyxa Gözlərini Açır

Guzel Yakhina

Züleyxa Gözlərini Açır Sözleri ve Alıntıları

Züleyxa Gözlərini Açır sözleri ve alıntılarını, Züleyxa Gözlərini Açır kitap alıntılarını, Züleyxa Gözlərini Açır en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Züleyxa həyatı boyunca «mən, mənəm» sözlərini həbsxanada ol- duğu bir ay ərzində təkrarladığı qədər söyləməmişdi. Ədəb yaraşıqdır-namuslu qadının yerli-yersiz «mənəm-mənəm»> eləməsi doğru deyil. Hətta tatar dili çox qəribə quruluşa malikdir, insan ömrü boyunca bir dəfə də olsun «mən» kəlməsini işlətmədən də ötüşə bilər. Yəni, insan özü haqqında hansı zamanda danışırsa-danışsın, fel lazımi formaya düşüb, sonluğu dəyişir və nəticədə «mən» kimi əhəmiyyətsiz, lovğa sözə ehtiyac qalmır. Rus dilində isə elə deyil, burada hər kǝs addımbaşı «mən», «mənǝ», «mənim» deməyə can atır.
Özün bilirsən, bəzi yuxular tez çin olur, bəziləri isə aylardan sonra, az qala unudulmağa başlayanda...
Reklam
Siz kişilər azacıq özünüzdən güclü birini görən kimi onu buynuzlamaq, tapdalamaq, qalib gəlmək istəyirsiniz. Axmaqsınız!
Təəssüf, bu da elə deyil. Xəstənin orqanizmi öz-özünü xilas edir.Həkim isə sadəcə yardım göstərir, orqanizmin gücünü zəruri istiqamətə yönəldir, bəzən artıq olanları kənarlaşdırır. Sağalmaya doğru gedən yolu həkimlə xəstə çiyin-çiyinə keçir, əsas partiya - həlledici addım isə hər zaman xəstəyə,onun iradəsinə, həyat şövqünə, orqanizminin qüvvəsinə bağlıdır.
Külək onları yerdən qaldırıb, havada uçurda-uçurda tarlalara doğru aparır, sonra da hasar ruhunun yuvasına gətirir. Lavaşların heç biri geriyə dönmədi - hasar ruhu bəxşişi qəbul etmişdi. Deməli, xahişini icra edəcəkdi: qəbiristanlıq ruhu ilə danışıb, onu yola gətirəcək. Züleyxanın qızları ta yaza qədər üşümədən, rahatca qəbirlərində uyuyacaqlar.
Sayfa 22 - Qanun / 2019Kitabı okudu
"Danılmaz bir haqq olan ölüm çarpışmada hər zaman məğlub olan həyatdan hiyləgər, ağıllı və qüdrətliydi."
Sayfa 117 - Qanun
Reklam
Siz kişilər azacıq özünüzdən güclü birini görən kimi, onu buynuzlamaq, tapdalamaq, qalib gəlmək istəyirsiniz. Axmaqsınız!
Partir, c'est mourir un peru. *Çıxıb getmək bir az da ölmək deməkdir.
Sayfa 347 - İzabella & YusifKitabı okudu
Kiməsə ömür onun qızları kimi bir çimdik, kiməsə bir ovuc, kiməsə qaynanası kimi kisələrlə, anbarlarla verilmişdi.
Sayfa 117
34 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.