Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Züleyxa Gözlərini Açır

Guzel Yakhina

Züleyxa Gözlərini Açır Gönderileri

Züleyxa Gözlərini Açır kitaplarını, Züleyxa Gözlərini Açır sözleri ve alıntılarını, Züleyxa Gözlərini Açır yazarlarını, Züleyxa Gözlərini Açır yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Bəzən insanın bir yol kənarında oturub, ayaqlarını uzadaraq, nə olursa-olsun deyib hər şeyi öz axarına buraxmağı gəlir.
Sayfa 45 - Qanun / 2019Kitabı okudu
Sən yatmağa çalışanda, onların işləri düşəndə deyilən gözəl sözlər
- Nədir? Yatmaq fikrin var idi? Arabada yatırsan, evdə yatırsan, elə anam düz deyir - tənbəlsən, tənbəl!
Sayfa 23 - Qanun / 2019Kitabı okudu
Reklam
Külək onları yerdən qaldırıb, havada uçurda-uçurda tarlalara doğru aparır, sonra da hasar ruhunun yuvasına gətirir. Lavaşların heç biri geriyə dönmədi - hasar ruhu bəxşişi qəbul etmişdi. Deməli, xahişini icra edəcəkdi: qəbiristanlıq ruhu ilə danışıb, onu yola gətirəcək. Züleyxanın qızları ta yaza qədər üşümədən, rahatca qəbirlərində uyuyacaqlar.
Sayfa 22 - Qanun / 2019Kitabı okudu
424 syf.
10/10 puan verdi
·
16 günde okudu
SPOİLER ALERT!!! SPOİLER ALERT!!! SPOİLER ALERT!!! Və nəhayət mənim üçün dəyərli kitabı oxuyub bitirdim. Kitabda Kazan tatarları və onlarla eyni taleləri bölüşən fərqli qəbildən olan insanların yaşadıqları təsvir olunur. Züleyxa adlı qadının sürgün həyatı və sonra həyatında baş verəcək anıları və s. Çətinliklər, əzab - əziyyət, onunçün həqiqətən mələk sayılacaq doktor Leybenin ona şans əsəri rast olması və daha nələr nələr. Bu əsərdə zülm, qayğı, sevgi, nifrət, ehtiras, xəbislik və s. Məni nədənsə o yerlər özünə çəkdi. Bilmirəm mən nə vaxtsa ora gedə biləcəyəmmi, amma ən azından təsvir olunan qədər cəlbedicidir. Həqiqətən də bu kitabı oxuyub bitirməyə dəyərdi. Zövq aldım və oxumayanlara da tövsiyə edirəm.
Züleyxa Gözlərini Açır
Züleyxa Gözlərini Açır
Züleyxa Gözlərini Açır
Züleyxa Gözlərini AçırGuzel Yakhina · Qanun Nəşriyyatı · 040 okunma
«Qəlbi biliyə necə açmaq olar? - deyə Züleyxa öz - özünə düşünür. - Axı qəlb idrakın, şüurun yox, hisslərin məskənidir.»
Reklam
Burada hər addımda bəsit, adi də olsa, özünə görə müdrik, hətta ədalətli bir ölüm gizlənirdi. Yarpaqlar ağaclardan tökülüb, torpaqla çürüyür, ağır ayı pəncəsi altında budaqlar, kollar sınıb quruyur, otlar marallara, maralların özü isə canavar sürüsünə yem olurdu. Ölüm həyatla sıx, ayrılmaz şəkildə kəsişdiyindən qorxulu deyildi. Hətta meşədə həmişə həyat qalib gəlirdi. Payızda püskürən torflu yanğınlara qışın nə qədər sərt və soyuq keçməsinə, ac yırtıcıların hər necə azğınlaşmasına baxmayaraq, Züleyxa baharın yenidən gələcəyinə, ağacların tər yaşıllığa boyanacağına, ipək otların ölmüş, yanmış torpaqda cücərəcəyinə, heyvanların artıb çoxalacağına əmindi. Bu üzdən də ovçuluq etməsini qatillik sanmırdı. Əksinə, özünü o böyük və güclü aləmin bir parçası, yaşıl iynəyarpaqlılar ümmanının bir damlası hesab edirdi.
Züleyxa həyatı boyunca «mən, mənəm» sözlərini həbsxanada ol- duğu bir ay ərzində təkrarladığı qədər söyləməmişdi. Ədəb yaraşıqdır-namuslu qadının yerli-yersiz «mənəm-mənəm»> eləməsi doğru deyil. Hətta tatar dili çox qəribə quruluşa malikdir, insan ömrü boyunca bir dəfə də olsun «mən» kəlməsini işlətmədən də ötüşə bilər. Yəni, insan özü haqqında hansı zamanda danışırsa-danışsın, fel lazımi formaya düşüb, sonluğu dəyişir və nəticədə «mən» kimi əhəmiyyətsiz, lovğa sözə ehtiyac qalmır. Rus dilində isə elə deyil, burada hər kǝs addımbaşı «mən», «mənǝ», «mənim» deməyə can atır.
Kimisinə ömür onun qızları kimi, bir çimdik, kimisinə bir ovuc, kimisinə də qaynanası kimi – kisələrlə, anbarlarla pay verilmişdi. Lakin hər bir canlının özündə yaşayan, yaxud qarayaxa yanı ilə addımlayan, pişik kimi ayaqlarına dolaşan, toz kimi pal-paltarına yatan, hava kimi ciyərlərinə dolan ölüm hər kəs üçün var idi. Danılmaz bir haqq olan ölüm çarpışmada hər zaman məğlub olan həyatdan hiyləgər, ağıllı və qüdrətliydi.
38 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.