Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Züleyxa Gözlərini Açır

Guzel Yakhina

Züleyxa Gözlərini Açır Gönderileri

Züleyxa Gözlərini Açır kitaplarını, Züleyxa Gözlərini Açır sözleri ve alıntılarını, Züleyxa Gözlərini Açır yazarlarını, Züleyxa Gözlərini Açır yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Təəssüf, bu da elə deyil. Xəstənin orqanizmi öz-özünü xilas edir.Həkim isə sadəcə yardım göstərir, orqanizmin gücünü zəruri istiqamətə yönəldir, bəzən artıq olanları kənarlaşdırır. Sağalmaya doğru gedən yolu həkimlə xəstə çiyin-çiyinə keçir, əsas partiya - həlledici addım isə hər zaman xəstəyə,onun iradəsinə, həyat şövqünə, orqanizminin qüvvəsinə bağlıdır.
His locus est ubi mors gaudet succurrere vitae. "Bura ölümün həyata məmnuniyyətlə kömək etdiyi məkandır"
Reklam
İgnatov bir qadına vurğunluğu anlamırdı. Onun fikrincə, sevgi daha böyük, daha əzəmətli bir məfhum, sevgiyə layiq isə inqilab, partiya, vətən kimi dəyərlər ola bilərdi. Qadın isə... Ümumiyyətlə, axı fərqli-fərqli ölçülərə aid hissləri eyni sözlə necə ifadə etmək olardı? Tərəzinin bir gözünə bəşər övladı olan bir qadını, digərinə isə inqilabı qoyursan - o bunu başa düşə bilmirdi. Cəfəngiyatdır axı.Lap o gözəl-göyçək, coşqun təbiətli Nastasya olsun - sonunda bir qadındır. Onunla bir-iki gecə, uzaqbaşı beş-altı ay ünsiyyətdə olub, entirasını təmin etdin, vəssalam. Sevgi ilə nə əlaqəsi var? Adi hisslər, emosiyalar tonqalı. Yanır - könül oxşayır, külünü üfürüb, həyatına davam edirsən. Ona görə də İqnatov heç vaxt sevgi sözünü dilinə almır, onu ləkələmək istəmirdi.
Hisslər elə insanın alışıb-yanması üçündür. Hisslər yoxdursa, sönübsə, kömür parçalarından tutunmağın nə mənası var?..
Həyat qəliz bir yoldur, ulım. Qəliz və uzun. Bəzən insanın bir yol kənarında oturub, ayaqlarını uzadaraq, nə olursa-olsun deyib hər şeyi öz axarına buraxmağı gəlir. Elə anlarda otur, ayaqlarını da uzat. Ellə gedən toy-bayramdır, bala.
Özün bilirsən, bəzi yuxular tez çin olur, bəziləri isə aylardan sonra, az qala unudulmağa başlayanda...
Reklam
Ruhun iltifatını qazanmaq asan məsələ deyil. Hansı ruhun nə sevdivini bilmək gərəkdir. Misal üçün, dəhlizdə yaşayan bicura damdabaca (evin ruhu) aza qane olandır, yəni o qədər də tələbkar devil. Gecə dəhlizə içində sıyıq və şorba qalıqları olan bir-iki bosqab goyursan, onları yalayıb yeyir və razı qalır. Hamam damdabacası isə bir az inadcıl, narazıdır, o, qoz-fındıq və ya tum sevir. Tövlə ruhu un məmulatlarını, darvaza ruhu üyüdülmüş yumurta qabığını xoşlayır. Kənd hasarının ruhu isə şirniyyatı sevir. Anası Züleyxaya belə öyrətmişdi.
Burada, axırıncı evin çəpərinin altında, arxası Yulbaşa doğru dayanmış evdə basu kapka nvase - kənd hasarının ruhu yaşayır. Züleyxa özü onu görməyib, amma deyilənə görə, çox hirsli, deyingən ruhdur. Başqa necə olacaq? Elə də olmalıdır, işi çətindir: şər qüvvələri kənddən. uzaqlaşdırmaq, kənd hasarından içəri buraxmamaq, kənd əhlinin meşə ruhlarına işi düşəndə onlara yardım etmək, vasitəçi olmaq heç də asan məsələ deyil. Mövzu ciddi mövzudur, zarafata salmağın yeri yoxdur.
Həqiqət yalnız mövcud olandır. Yalnız mövcud olan!
Sayfa 231Kitabı okudu
“Azadlıq xoşbəxtliyə bərabər məfhumdur. Kimiləri üçün zərərli,kimiləri üçün isə faydalıdır”.
Sayfa 154Kitabı okudu
38 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.