Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Züleyxa Gözlərini Açır

Guzel Yakhina

Öne Çıkan Züleyxa Gözlərini Açır Gönderileri

Öne Çıkan Züleyxa Gözlərini Açır kitaplarını, öne çıkan Züleyxa Gözlərini Açır sözleri ve alıntılarını, öne çıkan Züleyxa Gözlərini Açır yazarlarını, öne çıkan Züleyxa Gözlərini Açır yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Bəzən insanın bir yol kənarında oturub, ayaqlarını uzadaraq, nə olursa-olsun deyib hər şeyi öz axarına buraxmağı gəlir.
Sayfa 45 - Qanun / 2019Kitabı okudu
Sən yatmağa çalışanda, onların işləri düşəndə deyilən gözəl sözlər
- Nədir? Yatmaq fikrin var idi? Arabada yatırsan, evdə yatırsan, elə anam düz deyir - tənbəlsən, tənbəl!
Sayfa 23 - Qanun / 2019Kitabı okudu
Reklam
“Azadlıq xoşbəxtliyə bərabər məfhumdur. Kimiləri üçün zərərli,kimiləri üçün isə faydalıdır”.
Sayfa 154Kitabı okudu
Kimisinə ömür onun ( Züleyxanın) qızları kimi, bir çimdik, kimisinə bir ovuc, kimisinə də qaynanası kimi - kisələrlə, anbarlarla pay verilmişdi. Lakin hər bir canlının özündə yaşayan, qarayaxa yanı ilə addımlayan, pişik kimi ayaqlarına dolaşan, toz kimi pal-paltarına yatan, hava kimi ciyərlərinə dolan ölüm hər kəs üçün var idi. Danılmaz bir haqq ölüm çarpışmada hər zaman məğlub olan həyatdan hiyləgər, ağıllı və qüdrətliydi.
Sayfa 117Kitabı okudu
- Siz "belə olmasaydı, necə olacaqdı" sualını özünüzə tez-tez verirsiniz? - Yox - Düz eləyirsiniz... Həqiqət yalnız mövcud olandır. Yalnız mövcud olan.
Sayfa 231 - İqnatov & LeybeKitabı okudu
Həyat qəliz bir yoldur, ulım. Qəliz və uzun. Bəzən insanın bir yol kənarında oturub, ayaqlarını uzadaraq, nə olursa-olsun deyib hər şeyi öz axarına buraxmağı gəlir. Elə anlarda otur, ayaqlarını da uzat. Ellə gedən toy-bayramdır, bala.
Reklam
Lakin naməlumluq da usandırıcıdır. İndiki vəziyyətdə olduğu kimi - gələcəkdən bixəbər...
Burada, axırıncı evin çəpərinin altında, arxası Yulbaşa doğru dayanmış evdə basu kapka nvase - kənd hasarının ruhu yaşayır. Züleyxa özü onu görməyib, amma deyilənə görə, çox hirsli, deyingən ruhdur. Başqa necə olacaq? Elə də olmalıdır, işi çətindir: şər qüvvələri kənddən. uzaqlaşdırmaq, kənd hasarından içəri buraxmamaq, kənd əhlinin meşə ruhlarına işi düşəndə onlara yardım etmək, vasitəçi olmaq heç də asan məsələ deyil. Mövzu ciddi mövzudur, zarafata salmağın yeri yoxdur.
424 syf.
5/10 puan verdi
Güzel Yaxina əsəri əvvəl ssenari kimi yazıb sonra roman şəklinə çevirib. Əsərin adını anlamaq üçün sona qədər oxumaq lazımdır. Burda Züleyxanın əziyyətlə başladığı həyatının düşüncələrini necə dəyişdirdiyini, həyata yanaşmasına necə təsir etdiyini görürük. Murtuza ilə başlayan ailə həyatı, Qaniçən adlandırdığı qaynanası ilə davam edən əziyyətləri onun gözlərini açmağa qoymur. Həyatının öz istəklərini gizlətmədən yaşadığı dövrü gəldiyində isə Züleyxa kimsəyə sevgisini izah etməməli olduğunu anlayaraq yoluna davam edir. Kitab axıcıdır. Qeyri-adi bir sonluğu yoxdur amma içərisində dram, sevgi, tarix, bioqrafik detallı dialoqlarla rastlaşırıq. Qısası, yazar elə tərzdə yazıb ki, fərqli janr sevən insanları bir romanda birləşdirir. Bir çox romanlarda olduğu kimi burda da müəyyən səhifələrdə yorula bilərik. Amma dərhal elə hadisə baş verir ki, tam əksinə, səhifələri sürətlə oxumağa başlayırıq. Oxuduğum digər romanlarda müqayisədə 5 Bal verirəm amma ümumilikdə öz tərzinə görə 7 bal da düşür.
Züleyxa Gözlərini Açır
Züleyxa Gözlərini AçırGuzel Yakhina · Qanun Nəşriyyatı · 041 okunma
Züleyxa həyatı boyunca «mən, mənəm» sözlərini həbsxanada ol- duğu bir ay ərzində təkrarladığı qədər söyləməmişdi. Ədəb yaraşıqdır-namuslu qadının yerli-yersiz «mənəm-mənəm»> eləməsi doğru deyil. Hətta tatar dili çox qəribə quruluşa malikdir, insan ömrü boyunca bir dəfə də olsun «mən» kəlməsini işlətmədən də ötüşə bilər. Yəni, insan özü haqqında hansı zamanda danışırsa-danışsın, fel lazımi formaya düşüb, sonluğu dəyişir və nəticədə «mən» kimi əhəmiyyətsiz, lovğa sözə ehtiyac qalmır. Rus dilində isə elə deyil, burada hər kǝs addımbaşı «mən», «mənǝ», «mənim» deməyə can atır.
38 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.