Bütün analar oğullarına heç nəyin dava-dalaşla həll olunmadığını, qadına əl qaldırmağın düzgün olmadığını öyrətsəydilər, əla olardı. Yaşanması çətin olan bu dünyada heç olmasa bunu edək ki, sonra heç bir uşaq, heç bir qadın göz yaşı axıtmasın. Daha gözəl gələcək üçün analar oğullarınıza düzgün tərbiyə verin ki, sabah sizin cinsinizdən olan bir xanıma, övladına əl qaldırmasın.
Xanımlar, gələcəyinizi bölüşəcəyiniz insanı elə seçin ki, övladınızın göz yaşı axıtmasına səbəbkar olmayasınız!!!