Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Zamanda səyahət mümkündürmü? Keçmişi tarixdən öyrənə bilərik,bəs gələcəkdə bizi nə gözləyir? Bəşəriyyətin inkişafı necə olacaq? Yazıçı H.C.Uellsin "ZAMAN MAŞINI"əsərinin qəhrəmanı olan Zaman Səyyahı da onu düşündürən bu suallara cavab tapmaq üçün uzun müddət üzərində işlədiyi maşını sınaqdan keçirmək qərarına gəlib çatır.O, zamanda səyahət edərək 802701-ci ilə gəlib çıxır.Lakin onun gələcəkdə rastlaşdığı reallıq heç də gözlədiyi kimi olmur. H.C.UELLS bu əsər vasitəsilə sivilizasiyanın bir gün cəmiyyətə qarşı çevriləcəyini, etinasızlıqın,insanların bir -birinə qarşı laqeydliyin bəşəri fəlakətə səbəb ola biləcəyini demək istəyir. H.C.Ueellsin bu əsərdə irəli sürdüyü fikirlərin çoxu sonralar isbat olundu, onun Zamanın Kainatın dördüncü ölçüsü olması fikri isə sonralar A.Enşteyinin nisbilik nəzəriyyəsi ilə təsdiq edilmişdir. Zaman Səyyahı getdiyi ildə balacaboy insanlarla tanış olur.Onların ən qorxduğu şey qaranlıq idi.Və oları Zaman Səyyahı qurtarır.
Sayfa 160 - 3 ALMA NƏŞRİYYATIKitabı okudu
Hazırda alimlər kainatı iki fundamental qismi nəzəriyyə ilə izah edirlər: ümumi nisbilik nəzəriyyəsi və kvant mexanikası. Ancaq, çox təəssüf ki, bu iki nəzəriyyə bir-biri ilə uzlaşmır-onların hər ikisi eyni zamanda doğru ola bilməz.
Reklam
Nisbilik nəzəriyyəsinə görə, cisim heç vaxt işıq sürətinə çata bilməz, çünki o zaman sonsuz bir kütləyə malik olmaldır, enerji və kütlənin ekvivalentliyinə (E=mc²) uyğun olaraq bu vəziyyətə gəlməsi üçün sərf edilən enerji də sonsuz olmalıdır. Buna görə də nisbilik nəzəriyyəsi cisimlərin sürətinin həmişə işıq sürətindən az olacağını bildirir. Təkcə işıq, yaxud sükunət kütləsi olmayan dalğalar işıq sürəti ilə hərəkət edə bilər.
Sayfa 51
Hazırda alimlər kainatı iki fundamental qismi nəzəriyyə ilə izah edirlər: ümumi nisbilik nəzəriyyəsi və kvant mexanikası. Bu iki nəzəriyyə XX əsrin birinci yarısının böyük intellektual nailiyyətləridir. Ümumi nisbilik nəzəriyyəsi cazibə qüvvəsini və kainatın böyük miqyasda quruluşunu (yəni bir neçə kilometrdən başlayıb müşahidə oluna bilən kainatın ölçüsü olan 10²⁴ kilometrə qədər) izah edir. Digər tərəfdən, kvant mexanikası santimetrin milyonda birinin milyonda biri qədər kiçik miqyasdakı fenomenləri öyrənir. Ancaq, çox təəssüf ki, bu iki nəzəriyyə bir-biriylə uzlaşmır - onların hər ikisi eyni zamanda doğru ola bilməz. Bu gün fizikanın başlıca vəzifəsi və bu kitabın əsas mövzusu hər ikisini əhatə edən yeni bir nəzəriyyə - qravitasiyanın kvant nəzəriyyəsi axtarmaqdır.
Sayfa 26
Nisbilik nəzəriyyəsi mütləq zaman anlayışının sonu deməkdir!