Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

F

F
@ordinaryreaderr
Hislər birləşdirir, düşüncələr ayırır.
Hər kəsin bildiyi öyrəndiyi qədəridir.
Reklam
Sonra bir şey baş verir və anlayırsan hər şeyin və hər kəsin yalan olduğunu. Yalan çox olanda da doğru yalan hesab edilir.
Keçənlərdə balaca bacımı məktəbdən götürmək üçün məktəbə getmişdim, yolda maraqlı bir hadisə ilə rastlaşdım. Bir gənc valideyn uşağının əlindən tutub məktəbə gətirirdi. Və uşağa "valideyn məsləhəti" verirdi. Məndə təsadüfən qulaq müsafiri oldum. Deyirdi "Bu həyatda gərək pis olasan, həyasız olasan, davakar olasan ki qabağa gedə biləsən" Bu cümlələr qarşısında irkildim. Bu məsləhətlərə böyüyən uşaqlardan axı biz nə gözləyə bilərik? Bunlar varlığı insan kimi ancaq geriyə apara bilər amma heyvan kimi , düzdür, qabağa. Hardasa başa düşürəm o valideyn qarşısına çıxan 3-5 pis insana görə ya bu həyatda sahib ola bilmədiyi şeyləri pis insanlarda gördükcə ümidsizlik və qəzəblə bu sözləri deyir amma mən qaranti verə bilərəm ki, onlara sahib olsaydı həyatın bundan ibarət olmadığını başa düşəcəkdi. Amma nə etmək olar insanlar pisliyə ümidləndikləri kimi yaxşılığa ümidlənmirlər.. Yaxşı insanların yaxşı qalmasında da rol oynamırlar..

Okur Takip Önerileri

Tümünü Gör
Çox qiymətli daşın saxtası da çox olur.
Bu sətirləri 23 sentyabr 2021-ci il saat 03:20'də yazıram; İlk payız gecəsi, soyuq külək və qaranlıq otağın pəncərəsindən düşən küçə işığı. İşıqforun rəngləri dəyişirdi amma bir maşın belə yox idi. Yarpaqları xışıldadan külək məni üşüdürdü. Necə də sakit gecədir və necə də ilham verir. Düşüncələr tıxacında gözümə getməyən yuxuya təşəkkür edirəm və bu sətrləri özümə miras qoyuram; ölümün olduğunu xatırladım, bütün bu düşüncələri mənasız edən ölümü... Bu dünyaya gələndən özümü arzu dənizində üzmək məcburiyyətində hiss edirəm. Sabah üçün arzu, gələcək üçün arzu və sonsuza qədər... Amma unudurdu insan, bu qədər səs küydə sonsuza çatmaq üçün bu arzulara bir son qoymalı olduğunu... Biz bu dünyanı tərk edirik... özüdə bir dəst paltar belə götürə bilmədən. Bir bəyaz parça və bir neçə ovuc torpağa möhtacıq illərdir qoruduğumuz abrımızı qoruması üçün.Arzular və ümidləri isə dünyaya bağışlayırıq və o bizdən aldıqlarını başqalarına sunur sanki yeniymiş kimi. Bilmirəm bu neçənci əl arzular idi ki, bizə də sunmuşdu , biz də saf kimi götürmüşdük bu nisyə malı.
Reklam
Gülmek için etrafımda yüzlerle insan biriktirdim ağlamak için bir kişi bulamadım..30.12.2022
Bu dünya nərdivandı. Qalxanda mehribandı Enəndə nə yamandı. Görüşdük pillələrdə, Yolun yarısında biz. O qalxırdı bu dəmdə, Mən enirdim xəbərsiz. Onu arzularına Qaldırıdı nərdivan, Məni xatirələrə endirirdi. Bu zaman, birimiz-günçıxana, birimiz-günbatana… Qalxa bilməzdim daha, Nə o güc, nə o taqət. O da enə bilməzdi. Haqlı-haqsız, vermişdi öz hökmünü təbiət. Gərək ya düşməyəydi Bu görüş heç araya. Ya o əvvəl gələydi, Ya mən sonra dünyaya.
wattpad' da harcanan muhteşemlerden.
F

F

@ordinaryreaderr
·
11 Mayıs 2022 21:57
İnsan oxuduğu kitabı unudur , kitabı oxuyarkən yaranan təəssüratları əsla.
Reklam
Tanrı bizi xoşbəxt olmaq üçün yaratdı. O bizim hamımızı eyni miqdarda sevir məhz buna görə qayda qanunlar yaratdı. Bizim xoşbəxtliyimizin başqalarına bədbəxtlik gətirməməsi üçün yaradılışımıza uyğun qanunlar. Biz isə xoşbəxtliyi egoistlikdə gördük və tanrının sevdiyi qədər sevə bilmədik yaradılmışı. Nəticədə nə biz xoşbəxt olduq nə bir başqası. Xoşbəxtlik bir bədəndə olan hiss deyildi o bütün insanların birləşməsində olan bir ruh idi ,tək bir ruh. Bədənin hissələri bir bütün təşkil etmədiyi təqdirdə o ruh o bədəndə təşəkkül tapmaz. Bunun xaricində isə zənn edilən xoşbəxtlik ani bir situasiya olur ki, əslində bu sabit bir haldır yaşanan bədbəxtliklər bu sabit halın başa düşülməsində rol oynayır. Xoşbəxtlik sanılan bu anın ortaya çıxması üçün isə durmadan bədbəxtliklər ilə üzləşməli qalırıq. Məntiqlə baxıldıqda isə bu çox adi haldır və sadəcə zövqdür, sadəcə həzz. Susayan adamın su içərkən hiss etdiyinin doyduqdan sonra yox olması kimi.
Az yaşlı uşaqlar niyə bu qədər xoşbəxtdir ? Çünki variantsızlıq xoşbəxtlik gətirir.Körpə sup yesə belə xoşbəxt olacaq , çünki onun dünyasında başqa variant yoxdur. Biraz böyüdükdə dolma variantı açılır artıq sup yedikdə xoşbəxt olmur. Beləcə cürbəcür variantlar açılır və say artıqca xoşbəxtlik azalır. Bu gün xoşbəxt hiss etmirik çünki sahib olduqlarımızdan daha yaxşı variantların olduğunu bilirik. Sistemdə məhz belə qurulub, 6 dəqiqə telefona baxdıqda bizdə olandan daha yaxşı 6 milyon variant ilə tanış oluruq.
-Bağışlayın, mən sizin kimi fikirləşmirəm. +Bəs necə fikirləşirsiniz? -Mən ümumiyyətlə bu mövzu haqqında fikirləşmirəm.
87 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.