Psychologist

196 syf.
10/10 puan verdi
·
3 günde okudu
Terapiya zamanı artıq qorxu, həyəcan, ağrı hiss etmək, sevmək, ağlamaq istəmədiyini deyən insanlara, əslində bu hisslərin necə dəyərli və faydalı olduğunu izah etməli oluruq. Çünki hissləri inkar özünü, dünyanı, həyatı inkar deməkdir. Bəs əgər hiss etməsəydik həyatımız necə olardı? Hiss etdiklərimizin inkarı bizi hara aparır? Bu qədər əzabla yaşamağın yolu nədir? "Badam" emosionallığın sərhədlərində yaşayan iki uşağın hekayəsidir: heç bir emosiya yaşamayan, hissləri mənalandıra bilməyən, doğulandan aleksitimiyadan əziyyət çəkən Yunce və həddindən artıq emosional olsa da, hisslərini inkar edərək "güclü" olmağa çalışan Qon. Bu hekayə həm də, illərdir müzakirə olunan "təbiət yoxsa tərbiyə?" sualının cavabıdır. Sanki yaşamağın sirri Yunce və Qonun dostluğunda gizlidir. Xüsusi qayğıya ehtiyacı olan və çətin tərbiyə olunan uşaqların cəmiyyət ilə münasibətləri, onların valideynlərinin qarşılaşdıqları çətinliklər, böyüklərin öz yetərsizliklərini qəbul etmədikləri qədər əzdikləri uşaqlar, bütün bularla mübarizə apararkən edilən səhvlər və s. elə incəliklə təsvir olunub ki... İl bitmədən sevimli kitablarımın siyahısına biri də əlavə olundu. Düşünürəm ki, "Badam" istənilən insana müasir ədəbiyyatı sevdirə bilər.
Badam
BadamWon-pyung Sohn · Strauss · 20232,028 okunma
Reklam
222 syf.
10/10 puan verdi
·
6 günde okudu
İnsan qaçdıqlarını daxililləşdirərək ondan qurtulacağını düşünür. Bəzən isə bu cəhd uğursuz eyniləşmə ilə nəticələnir. Marina ölümün hekayəsidir - ondan qorxanların, qaçanların, ona təslim olanların, ona sığınanların, onu köhnə dost kimi salamlayanların, ya da ona axmaq uşaq kimi davrananların, sevdiklərini ondan qısqananların və onu sevdiklərinə yol sananların... Oskar və Marina sanki çoxdandır açılmayan kitabı vərəqləyib, onun tozunda boğulurlar. Kitab K.R.Zafon yaradıcılığına ilk müraciətim oldu və xəzinə tapdığımı anladım. Qotik hava və sehrli dünya təsvirini bəzəyən müdrikliyə valeh oldum. Başlanğıcda Ç.Dikkensin Böyük ümidləri əsərini xatırlasam da, hər şey tamamilə dəyişdi. Qorxunun gizlətməyə çalışdığı kədər ölümün özünə çevrildi. Uzun zamandır nə olacağını öyrənmək üçün tez oxumaq və heç bitməsin deyə yavaşlamaq arasında tərəddüd etdiyim və ən fərqli sujeti olan kitab oldu Marina.
Marina
MarinaCarlos Ruiz Zafon · Köhlən Nəşriyyatı · 2021183 okunma
224 syf.
10/10 puan verdi
·
3 günde okudu
Dartanyanlar kitab klubu yanvar ayında müzakirə üçün "Qiraətçi"ni seçməsəydi, bəlkə də uzun müddət bu kitaba diqqət yetirməzdim. Başlanğıcda mənim üçün quru psixoanalitik təhlillər apardığım maraqlı hekayə, göz yaşlarına boğulmağım ilə sonlandı. Yazar heç kimi günahlandırmadan və ya haqq vermədən, zərər vuranı da, zərər çəkəni də
Qiraətçi
QiraətçiBernhard Schlink · Qanun Nəşriyyatı · 20113,257 okunma

Okur Takip Önerileri

Tümünü Gör
208 syf.
10/10 puan verdi
·
3 günde okudu
Human Acts
Hardan başlayacağımı, hisslərimi necə ifadə edəcəyimi bilmirəm. Təəssüf ki, Han Kang kimi hekayə ustası deyiləm və boğazımda toplanmış düyünü sözlərimlə əritməyi bacarmıram. "İnsan əməlləri" 1980-ci ildə Cənubi Koreyanın Kvanju şəhərində baş vermiş üsyanın qanla yatırıldığı, insanlığın kirli tarixindən bəhs edir. Han Kang nə acındırma edir, nə də quru tarixi faktları sıralayır. O, bizi keçmişə aparır, sanki bir ruh kimi kənardan baş verənləri müşahidə etdirir, lakin əldən heç nə gəlmir. 360° kamera ilə çəkilmiş videolar kimi Donho adlı yeniyetmənin ölümünü və onu tanıyanların gözündən oxuyuruq. 6 bölümün hər birində ayrı bir şəxsin çəkdiyi ağrılara şahid olur, lakin Donho ilə tanışlığını da oxuyuruq.
Lusifer Effekti
Lusifer Effekti
kitabını oxumaq istəməyimin səbəbini bu kitab yenidən mənə xatırlatdı. Sadəcə əmr aldıqlarına arxalanan insanlar nələr edə bilərlər? "Unutmamışam - hər gün qarşılaşdığım varlıqların insan olduqlarını. Bu söhbətə qulaq asan siz də insansınız, mən də". Kitabı oxuduqca, mən də obrazlar kimi özümə sual verməkdən yayına bilmədim. Niyə? Axı niyə insan insana qəddarlıq etməkdən çəkinmir? Niyə bütün bu qırğınlar baş verir? Və cavab ala bilməmək insanı məhv edir.
İnsan Əməlləri
İnsan ƏməlləriHan Kang · Strauss Press · 2022650 okunma
132 syf.
9/10 puan verdi
·
5 günde okudu
Kitab yazmağa çalışan orta yaşlı jurnalist və ondan yaşca iki dəfə böyük olduğu sevgilisi Aqnes... Aqnesin istəyi ilə sevgilisi onlar haqqında hekayə yazmağa başlayır. Bir müddət sonra hekayənin nə qədər real, reallığın nə qədər hekayə olduğunu təyin etmək olmur. Qəribədir ki, roman boyunca ölüm düşüncəsinin həzin külək kimi əsdiyi və bəzən də yaşananların kölgəsi altında şiddətli qasırğaya çevrildiyi hiss olunur. Jurnalistin (əsərdə adı verilmədiyi üçün onu belə adlandıracağam) etdiyi hərəkətlər məni çox qəzəbləndirdi. Lakin hər şey sanki belə olmalıymış kimi, onu qınaya bilmədim. Bəlkə də Aqnes heç yaşamamışdı, bəlkə tək yaşayan Aqnes idi, bəlkə heç bunun fərqi də yoxdu.. Sıradan bir cütlüyün münasibətlərini əks etdirən bu sadə hekayəni çox sevdim.
Aqnes
AqnesPeter Stamm · 027 okunma
Reklam
Reklam