Arif Aliyev

Tarihi Yanlışlıklar yazarı
Yazar
9.2/10
5 Kişi
45
Okunma
1
Beğeni
2.706
Görüntülenme

Arif Aliyev Gönderileri

Arif Aliyev kitaplarını, Arif Aliyev sözleri ve alıntılarını, Arif Aliyev yazarlarını, Arif Aliyev yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
160 syf.
7/10 puan verdi
·
4 günde okudu
"YALAMA QƏHRƏMANLARI"
"YALAMA" sənədli povesti Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş 350 qəhrəman əsgər haqqındadır. Tarix 1920-ci ilin aprel ayı, Qafqaz cəbhəsinin komandanı Tuxaçevski XI qırmızı ordunun Azərbaycana daxil olması barədə hələ aprelin 21-də qərar verir. 72 minlik sovet ordusuna qarşı son damla qanlarına qədər vuruşan vətən övladları haqqında müəllif tarixi-siyasi hadisələr işığında bədii bir dillə danışır. Yazıçı Əliağa adlı qəhrəman gənc Azərbaycan zabitinin simasında həmin qəhrəmanların gerçək məhəbbətlərinin vətən olduğunu izah etməyə çalışır. Onların hər birinin ailələri, həyatda dəyərli gördükləri hər bir şey, elə vətənin bir parçasıdır. Vətən sadəcə dağ, daş, səfalı torpaqlar və neft deyil. Vətən bunların hamısını birləşdirən insandır. O insan vətən üçün yaşamağa da ölməyə də hazır olmalıdır. Amma onlar ölmədilər. Hər birini adları ilə tanımasaq belə onların əziz xatirələrini hörmətlə anır hər birinin vətənə və millətə göstərmiş olduqları sədaqətlərini təqdir edirik.
Yalama
YalamaArif Aliyev · Altun Kitab Nəşriyyatı · 201735 okunma
Heç nəyə ümidin qalmaması sonradan məyus olmamağın yeganə yoludur. Ümid yoxdursa, deməli, məyusluq da olmayacaq.
Sayfa 113Kitabı okudu
Reklam
Ölüm axtarmırıq, amma ondan qaçmayacaq, qələbə qazanmasaq da, məğlubedilməz olduğumuzu göstərəcəyik. Əminəm ki, gələcək nəsillər bizi unutmayacaqlar: əsgərlərsə vurulanda yox, unudulanda ölürlər...
Sayfa 110Kitabı okudu
Bizdən qat-qat güclü düşmənlə savaşda lap qəhrəmanlıq göstərsək də, yəqin ki, qələbə qazana bilməyəcəyik. Amma məğlubiyyətimizi gələcəkdə millətin dirçəlişinə aparan qələbələrin başlanğıc nöqtəsinə çevirəcəyik.
Sayfa 110Kitabı okudu
Görünür, insan ən zəif ümidlərindən də asanlıqla əl çəkmək istəmir, onlara real don geyindirməyə çalışır.
Sayfa 100Kitabı okudu
"Vətənə məhəbbət sadəcə hiss olanda, əmələ çevrilməyəndə onun yad ellə fərqi qalmır."
Reklam
66 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.