Kyung-Sook Shin

Lütfen Anneme İyi Bak yazarı
Yazar
8.6/10
64 Kişi
210
Okunma
9
Beğeni
2.723
Görüntülenme

Kyung-Sook Shin Yorumları ve İncelemeleri

Kyung-Sook Shin yorumları ve incelemelerini, Kyung-Sook Shin kitabı hakkındaki okur görüşlerini , Kyung-Sook Shin puanlarını 1000Kitap'ta bulabilirsiniz.
232 syf.
9/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Kitabı bulmak için çok çabalamıştım... aradım taradım sipariş verdim ama bir türlü temin edilememişti... sonra bir gün amacıma ulaşıp ;gelmesi ile okunup bitmesi bir oldu ( 2 sene önce ) ..güney kore yazarlarına ayırdığım başucumda hala duruyor ...
Lütfen Anneme İyi Bak
Lütfen Anneme İyi BakKyung-Sook Shin · Doğan Kitap · 2011283 okunma
·
Puan vermedi
"Niyə mən heç vaxt fikirləşməmişəm ki, anam da insandır. Onun da xəyalları, arzuları var?" Anam sənə əmanət… Park Sonyo adlı, ailəsini sevən, çox gözəl qəlbli bir anadan bəhs edir. Buna baxmayaraq, o həyat yoldaşından çox da sevgi görməyən, hətta xəyanətə məruz qalan bir qadındır. Övladları belə böyüdükdən və valideynlərinin yanından
Anam Sənə Əmanət
Anam Sənə ƏmanətKyung-Sook Shin · Qanun Nəşriyyatı · 2019283 okunma
Reklam
216 syf.
10/10 puan verdi
·
Beğendi
·
18 günde okudu
Ananın da yaşamaq haqqı var!
" Anam sənə əmanət " əsərinin qəhrəmanı kədərlə , iztirab ,fədakarlıq, əzabla boyanmış ana obrazıdır . Qadın valideynlərinin arzularını yerinə yetirməlidir, qadın həyat yoldaşının qayğısına qalmalıdır, , qadın ailə qurduğu insanın da valideynlərinə , qohumlarına hörmət etməlidir , ana olduqdan sonra isə o , övladlarının da qayğısına qalmalıdır, onların istəklərini yerinə yetirməlidir , onlara sevgi göstərməli , onların hər zaman yanında olmalıdır və bu hər bir ananın etməli olduğu vəzifədir yəni , insanlar hər zaman belə düşünüb. Bəs ana? Ananın qayğısına kim qalacaq? , onun arzularını kim yerinə yetirəcək? Onun dərdləri ilə kim maraqlanacaq? Bu isə ya ağlımıza gəlməyən ya da o qədər də önəmli hesab edilməyən suallardandır. Əsər də bundan bəhs edir , bəzən insan düşünür ki, bu gün yorğunam, anamla sonra danışaram , indi vaxtım yoxdur, anamla sonra görüşərəm , amma bu sonralar heç də hər zaman olmur , həyat insana bəzi fürsətləri sadəcə bir dəfə verir . Əsərin hər səhifəsi bir ibrət dərsi verir və əsər insana əlində olanların dəyərini vaxtında anlamğı aşılayır. Atalar sözündə deyildiyi kimi " sonrakı peşmançılıq fayda verməz! "
Anam Sənə Əmanət
Anam Sənə ƏmanətKyung-Sook Shin · Yənbu · 0283 okunma
·
Puan vermedi
Kitab, Park Sonyo adlı fədakar anadan bəhs edir. Lakin bu fədakarlığın, sevginin qarşılığını heç zaman görmür, hiss etmir. Övladları ona söz verir ki, yetkin olduqda, onu saraylarda yaşadacaq, əlini ağdan qaraya vurmasına icazə verməyəcək. Bu, sadəcə cümlə olaraq ananın ağlında qaldı. Çünki verilən vədlər unuduldu və bir daha xatırlanmadı. Hər kəs öz işini, ailəsini Anasından üstün hesab edirdi . Təkcə bir xoşagəlməz hadisədən sonra analarının varlığını, dəyərini, fədakarlığını hiss etməyə başladılar. İllər ərzində bu hissi bəxş etmədikləri üçün bir birilərini günahlandırdılar. Ana dedikləri qadını əslində nə dərəcədə yaxşı tanıyırdılar? sualına cavab tapa bilməmələri onları daha da pərişan edirdi. Amma artıq çox gec idi.. Onun müqəddəsliyi mərhələlərlə öyrənilir. Belə ki, kitab hissələrə bölünür; Yazar,, Həyat yoldaşı, 2 qızı və 2 oğlu anası barəsində, onun sevgisi, sədaqətini xarakterizə edən keçmiş xatirələrini, gözyaşardıcı anları biz oxuculara onların dilindən danışır. Romanda keçmişin xatirələri ilə indiki reallıqlar arasındakı əlaqə və şəxsiyyətin buqələmun aspektləri ilə bağlı mövzulara da toxunulub. ____ Xoşagəlməz hadisələr yaşanmazsa, varlığımızdan xəbərsiz olarlar. Bundan sonra özünü günahlandırmağın nə dərəcədə önəmsiz olduğu, işte, bu kitabda çox gözəl şəkildə təsvir olunub. Bu kitabı oxuyun deyərəm Birdə, ən əsası sevdiklərinizə vaxtında dəyər verməyi unutmayınnnn
Anam Sənə Əmanət
Anam Sənə ƏmanətKyung-Sook Shin · Yənbu · 0283 okunma
216 syf.
·
Puan vermedi
·
278 günde okudu
💎Bir ana ilə qızı ya bir-birini yaxşı tanıyırlar, yada bir-birilə tamamilə yaddırlar. Biz burda bir-birmizi yaxşı tanıyanlardanıq. Bu movzuya oqədər həssasam ki, kitabı ilin əvvəlində oxumaqcun ayırmışdım. Amma həssas oldugum mövzuya o qədər zərif, sadə dillə toxunublar ki, uzun müddət ərzində oxuyub bir müddət həm sarsılıb, həm anama daha da yaxınlaşıb həmdə çox üzülürdüm. Kitabda gizli alzaymer xəstəliyi keçirən fədakar anadan, onu laqeyd olan övladlardan və həyat yoldaşından bəhs olunur. Gündəlik dialoqlar o qədər gözəl yazılıb ki, bəzən özünüzü tapa bilərsiz. Önəmsəməzliyin sonunu isə özünüz oxuyub öyrənsəz daha maraqlı olar. Ən əsası valideynlərimizin qədrin zamanın da bilək. Onların qəlbin bilmədən qırmayaq. Allah haqq dünyasına qovuşanlara isə rəhmət etsin, ailəsinə səbr versin. Xoş mütaliələr....
Anam Sənə Əmanət
Anam Sənə ƏmanətKyung-Sook Shin · Yənbu · 0283 okunma
256 syf.
10/10 puan verdi
·
Beğendi
Anam Sənə Əmanət
Bu kitab, o vaxt kitabların çox mənasız və vaxt itkisi olaraq düşündüyüm yaşlarımda ən yaxın dostum demiş olduğum bir insan tərəfindən hədiyyə edilmişdi. Bu mənim oxuduğum ilk kitab olduğu üçün həmdə mövzudan kənar həmişə ayrı bir xatirəsi var. Bu kitabı oxuduğum zaman Ana varlığını daha dərindən anladım. Ana obrazının həyatımızda yerini unutmaq qeyri-mümkündür. Amma bir acı gerçəklik də odur ki, Anamızın da bizim keçdiyimiz yollardan keçdiyini unuduruq. O da bizim kimi vaxtilə birinin övladı olub və bu dünyayı bizim kimi ilk dəfə yaşayır. Unuduruq ki, o obraz bizə əslində yaddır bizdə ona. Analar uşaqlarının hər yaşında onlar haqqında yeni birşeylər öyrənir və bəzən öz bildikləri doğruluqdan belə şaşırlar. Onlarda yeni birşeylər, yeni duyğular öyrənirlər ilk dəfə. Bu kitab da bunu çox yaxşı vurğulayıb və “ANA” obrazını sadəcə bizi dünyaya gətirən yox bir insan kimi düşünüb ona dəyər verib vermədiyimizi (versək belə bunu nə qədər etdiyimiz) sorğuladır.
Anam Sənə Əmanət
Anam Sənə ƏmanətKyung-Sook Shin · Qanun Nəşriyyatı · 2019283 okunma
Reklam
20 öğeden 21 ile 20 arasındakiler gösteriliyor.