Yorum

Maks Mum Gorki isimli okurun asıl gönderisini gör
İnci Zadə okurunun profil resmi
Mənim coğrafiya müəllimim eynən bu tərzdə "Oliver Tvist"i oxumağa həvəsləndirmişdi məni. Kitabdan danışarkən gözləri parıldayırdı. Həmin müəllimimi də, kitab oxumağı da sevirdim o zamanlar. Ancaq müəllimimin kitabsevər olduğunu bilmirdim, bunu öyrənəndə kitabları sevdiyi üçün onu daha doğma görmüş, hobbimə isə daha çox bağlanmışdım.
Maks Mum Gorki okurunun profil resmi
Oxşar hadisə məndə ədəbiyyat dərsində mövzumuz İsa Muğanna'ya (Hüseynov) gəldiyi zaman olmuşdu. Həyatı haqqında yazılanlarda İsa Muğanna deyirdi ki, Robert Luis Stivinson'un "Dəfinələr Adası" kitabını gecə səhərə qədər oxuyub, bitirib. Məni həvəsləndirmişdi, gedib alıb, oxumuşdum. İki dəfə oxuduğum sayılı kitablardandır. Müəllim məni də həvəsləndirdiyi üçün həmin müəllimimə minnətdaram, amma ki, müəllimlərimizin əksəriyyəti elə həmin müəlliməm də çox şey verməyə qadir deyildi bizlərə. Ki Azərbaycanda əksəriyyətimizə çox deyil, az da olsa, birşeylər verməyə qadir olan sayılı şeylər var. İndi bir insan niyə kitab oxusun yox, niyə kitab oxumağa başlayıb sualı maraqlıdır mənə. Onu da kimsə tam olaraq açıqlaya bilmir. Bilmirəm bəlkə məni qane etmir verilən, yazılan cavablar. "Çox möhtəşəm məşğuliyyətdir" demək istədiyimdə həyatımın hər anı kitab oxuya bilməyəcəyim gerçəyi dang edir beynimə imtina edirəm bu cümləyə özümü inandırmaqdan. Bu dəfə ağlım çox qarışıq ola-ola yazdım bunları. Gerisi İsa Muğanna kərimdir.
İnci Zadə okurunun profil resmi
Maraqlıdır... Mən həmin əsəri dəfələrlə oxumaq istəmişəm, amma heç fürsətim olmayıb. İlk abzasın son cümləsinə isə, böyük bir təəssüf hissi ilə qatılıram. "Niyə kitab oxusun?" sualı. Bilmirəm, məncə, mən kitabları yox, onlar məni oxumağa başladı. Fikirlərim ətrafdakılarla yox, onlarla - uşaqkən oxuduğum, dərsliklərdə və sinifdənxaric oxu materiallarında verilmiş əsərlərdəki o obrazlarla - uyanda mən də yavaş-yavaş daha çox həmfikir axtarmağa başladım. Hər yeni kitaba əvvəlki kitab hesabına dəyişmiş biri olaraq başlayır, yeni kitabda ruh əkizlərimi tapırdım. Bəzi obrazlara önyarğılı davranır, əsəbiləşir, kitabın sonunda isə bir də baxırdım ki, ruh əkizlərim heç də ruh əkizlərim deyilmiş və əsəbiləşdiklərimə qarşı da son dərəcə yumşalmış, hətta empatiya da qurubmuşam. Belə-belə, ətrafımdakılar sabit, qəlibləşmiş fikirlərlə həyatlarını sürdürərkən mən yeni fikirləri, yeni yaşayış tərzlərini, yeni adətləri tanımaqdan zövq alırdım. Dediyim kimi, biz kitabları yox, kitablar bizi oxumağa başlayanda qurulur o bağ... Ağlınız qarışıq olsa da, yazdıqlarınız qarışıq deyildi. Ya da mən bir mövzudan anidən digər mövzuya keçən dostlarım sayəsində qarışıq görmürəm 😃
Yorum yapabilmek için giriş yapmanız gerekmektedir.