swaghshsh

swaghshsh
@000000s
Biz insanlar arası kəsilməyən savaşın içində başımızı itirmişik
Sayfa 104
Reklam
- Necə düşünürsünüz, insanlar bütün çağlardamı indi olduğu kimi biri-birini öldürməyə can atmışlar? Onlar həmişəmi belə yalançı, fırıldaqçı, yaxşılıqitirən, dönük, quldur, dardüşüncəli, qorxaq, gızügötürməz, qarınqulu, simic, içki düşkünü, yaramaz, qarayaxa, fanatik, ikiüzlü, qanmaz olmuşlar? -Qırğılar göyərçinləri tutanda, onları həmişəmi parçalayıb yeyirlər? -Sözsüz, həmişə belə olub. -Görürsünüzmü, yaranışından bugünəcən qırğının özəlliyi dəyişməyibsə, siz nədən insanın özəlliyini dəyişə biləcəyini düşünürsünüz?
Sayfa 95
İnsanın öz içində çəkdiyi gizli qüssə, onun üzbəüz qaldığı ictimai fəlakətlərdən daha amansızdır.
Sayfa 91
Dolanışığın yüngül olduğu sanılan, elmin, incəsənətin çiçəkləndiyi şəhərlərə baxsanız, orada barış içində yaşadığı deyilən, daha çox insanın öldüyünü görəcəksiniz, burada hökm sürən biri-birini gözü götürməzlikdən doğan didişmələr, dözülməz qayğılar, yaşamı bürüyən qarğaşalar, basırıqlar, savaş olmadan belə minlərlə insanı vaxtsız o dünyaya aparır.
Sayfa 91
(Marten) Bu uzun ömrümdə, qonşuluqdakı şəhərin yox olmasını istəməyən bir şəhər, qonşusunu yox eləməyə çalışmayan bir adam görə bilmədim.Hara baxırsan, gücsüzlərin qolugüclüləri görməyə gözü yoxdur, ancaq yenə də onların qarşısında sürünürlər, qolugüclülər isə onlarla lap, ətindən, yunundan yararlandıqları qoyun sürüsü kimi davranırlar.
Sayfa 91
Reklam