swaghshsh

swaghshsh
@000000s
Yeni torpaqlar, insanlar görməkdən, yeni işlər görməyə çalışmaqdan da yaxşı nə ola bilər?
Sayfa 58
Reklam
Mənə elə gəlir, bu yaşam sevgisi deyilən şey bizim ən gülünc bir gücsüzlüyümüzdür: axı sonunda, onsuz da torpağa düşəcək ağır bir yükü çiynində gəzdirməyin nə anlamı var; bu,öz varlığından utanmaq, sonra da onu qorumağa çalışmaq deyilmi? Bir sözlə, biz yaşamaq adıyla, bizi yavaş-yavaş udan bir ilanı ürəkdən gələn bir sevgiylə oxşayaraq günlərimizi sovururuq.
Sayfa 53
Yaşadığımız bu dünya, mümkün ola biləcək dünyaların ən yaxşıdırsa, onda görəsən o biri dünyalar nə gündədir?
Sayfa 32
Bunların hamısının səbəbi ancaq sevgidir.İnsan soyunu ovunduran, dünyanı tükənməyə qoymayan, bütün duyan varlıqların ruhu olan, o incə sevgidir bunların hamısını törədən.
Sayfa 24
Kim deyirsə, hər şey yaxşıdır, o yalan danışır, gərək hər şey yaxşılığa doğru gedir, deyəsən.
Sayfa 14
Reklam