Ehtiyatlı ol!!!
Məndən belə asan ayrılıb getmə
Bir gün sıxılarsan ehtiyatlı ol!
Neçə göz dikilib qədəmlərinə
Gözlə yıxılarsan ,ehtiyatlı ol!
Acı doğru xoşdur şirin yalandan
Büdrəmə yapışmaz kimsə qolundan
Bir gün mən verdiyim soyuq salamdan
Alışıb yanarsan ehtiyatlı ol!
Demirəm hər şirin mahnıya uyu
Hələ qarşıdadır ömür gün yolu
Gözlə , bir səhvini sən ömür boyu
"Yadigar" saxlarsan ehtiyatlı ol!
Sızladar qəlbini mənim həsrətim
Deyərsən hicranmı oldu qismətim
Qayıdıb gələrsən :
-Barış Nüsrətim
Barışmaz sınarsan ehtiyatlı ol!
Sen güldüğünde güzelsin..
Ve orada senin üzülmenden korkan birileri var..
her zaman mutlu ol..
Çünkü orda gelecek güzel günler var..
Ve çünkü sevindiğinde gözlerin çok güzel oluyor..