Neyjən

Neyjən
@1oxucu
Doktor
Medical University
23 okur puanı
Ocak 2021 tarihinde katıldı
10/10
·180 syf.··
Beğendi
·
2025 4. kitabı
·
23 saatte okudu
·
Okunma: 21 Mayıs 2025 12:28
Az sözlərlə çox şey demək bir sənətdir. Sözləri qısa, amma mənası dərin olan cümlələrlə zəngindir kitab. Personajların öz daxilində apardığı mübarizə əsəri daha da təsirli, real edir. Hamlet sadəcə bir personaj deyil, həm də insan ruhunun, psixologiyasının ədəbiyyatdakı əksi kimidir. Əsərdəki obrazlarla gündəlik həyatda da qarşılaşırıq. Məsələn: Hamlet- düşüncələr içərisində boğulan, həqiqət və ədalət axtarışında olan, Polonius- manipulyativ, hikmətli görünməyə çalışan, başqalarına nəsihət verməyi sevən amma davranışda bunu əks etdirməyən, (xüsusilə də oğluna verdiyi nəsihətdə deyir: "Her şeyden önce de kendi kendinle doğru ol" Bəs özü həqiqətən də özünə sadiq və doğru olmağı bacarırmı? Yoxsa güclü kimdirsə onun yanında duraraq, həqiqətdə nə düşündüyünü yox, duruma görə ondan nə deməsi istənilirsə onu danışır?) Claudius- hakimiyyət, güc uğrunda hər şeyi etməyə hazır, hiyləgər, Rosencrantz və Guildenstern- özünü dost kimi göstərən, Horatio- sadiq, ağıllı bir dost obrazı.
HamletWilliam Shakespeare · Türkiye İş Bankası Kültür Yayınları · 202358,4bin okunma