Xəstəlik sağlam emosional vəziyyətdə olan bədəndə yaşaya bilməz. Bədənimizdə hər saniyə milyonlarla hüceyrə ölür, lakin eyni zamanda milyonlarla yeni hüceyrə yaranır. Bədənimizin bütün hissələri demək olar ki, hər gün dəyişir. Biz bir neçə il ərzində faktiki olaraq yeni fiziki bədən əldə edirik. Bədənimiz bir neçə il ərzində tamamilə elmin isbat etdiyi kimi yenilənirsə, onda niyə xəstəlik törədən və dağıdıcı proseslər illərlə davam edə bilir? Onlar yalnız fikirlərlə, bizim fikri olaraq xəstəliyə köklənməyimizlə öz aktuallıqlarını qoruyub saxlayırlar.