Aynura Magomedova

Aynura Magomedova

, bir kitap okudu
10/10
·78 syf.·
19 saatte okudu
·
Okunma: 29 Nisan 2026 17:49
·
2026 7. kitabı
Celil Memmedguluzade
9.3/10 · 1.276 okunma
Reklam
Cәnab şeyx, siz gәrәk şükr elәyәsiniz ki, mәn şәrab içirәm. Əgәr mәn şәrab içmәsәm, ağlım başımda olar; ağlım başımda olanda birdәn gözümü açıb, görәrәm ki, aha bizim şәhәrimizә bir müctәhid gәlib, adını qoyub ölü dirildәn vә mömin hacılarımızın başını ricәt mәsәlәsilә piylәyә-piylәyә hәr gecә bir balaca qız alır. Xa ... xa ... xa!... Mәn ölüm әl ver! Lotusan, әl ver! Xa ... xa ... xa!...
5/10
·48 syf.··
2026 5. kitabı
·
6 günde okudu
·
Okunma: 27 Nisan 2026 13:00
Émile Zola – “Nasıl Ölünür” kitabı ilə təsadüfən Pinterest-də qarşılaşdım və adı mənə maraqlı gəldi. Bu səbəbdən oxumağa qərar verdim. Amma açığı, kitabı heç bəyənmədim. Ümumiyyətlə, deyəsən fransız ədəbiyyatı mənə uyğun deyil. Bu səbəbdən əvvəllər də bir neçə kitabı yarıda qoymuşdum (əksəriyyəti də fransız ədəbiyyatına aid idi). Kitab çox sadə dildə yazılıb və oxuyarkən insan nə həyəcan, nə sevinc, nə də başqa güclü hisslər yaşayır. Əsər 5 hekayədən ibarətdir və hər birinin sonu ölümlə bitir. Müəllif əsasən bu ölümlərin necə baş verdiyini təsvir edir. Hekayələr arasında mənə ən çox 4-cü hekayə təsir etdi. Amma onun da sonuna çatanda insan anlayır ki, ölüm əslində çox sadə bir hadisədir və tez unudulur - hətta ən yaxın insan tərəfindən belə.
Nasıl ÖlünürEmile Zola · Can Yayınları · 202024,4bin okunma
Dәxi nә yaşınmaq, nә bürünmәk, nә utanmaq? Bәsdir bu dayanmaq! Allaha şükür, lalә yanağında eyib yox, Qaşında, dәhanında, dodağında eyib yox, Bir zәrrәcә zülfündә, buxağında eyib yox, Dәxi nә yaşınmaq, nә bürünmәk, nә utanmaq? Bәsdir bu dayanmaq!
Sәhәrdәn axşama kimi oturubsan evdә, anandan bozbaş bişirmәk dәrsi alırsan, amma mәnim yanıma gәlmirsәn ki, gәzdiyim şәhәrlәrdәn sәnә nağıl elәyim, görәsәn dünyada nә var, nә yox! Bax, hәyәtdә gün çıxıb; sәn ki, o günü görmәyәcәksәn, nәyә lazımdır onun işığı? Çöldә otlar göyәrib, ağaclar çiçәk açıb, amma nәyә lazımdır sәnsiz o çiçәklәr, o çәmәnlәr?
Reklam