Araşdırma
Aqata Kristi pop-mədəniyyətin sərhədlərini aşaraq daim dəyişkən olan ədəbi prosesdə “itməyərək” günümüzə qədər məşhurluğunu saxlayan nadir yazıçılardandır. Əksər yazıçılar, hətta ən çox satılan əsər müəllifləri, müxtəlif mükafat və ad sahibləri belə “ədəbi dəb”dən geri qalıb, bəziləri öldükdən sonra tamamilə unudulublar. Ən yaxşı nümumə kimi Amerika yazıçısı və dramaturqu Corc Barr Makkaçeni göstərmək olar. O, XX əsrdə bir neçə “bestseller”in müəllifi olub (həmçinin yeddi dəfə ekranlaşdırılan “Brüsterin milyonları” romanının müəllifidir) və “ədəbiyyat ulduzu” kimi tanınıb. Yüz il sonra isə onun adını çox az sayda adam xatırlayırdı.
Aqata Kristi isə tamamilə başqa dünyadır. Təkcə bütün dövrlərin ən çox satılan müəllifi (“Ginnesin rekordlar kitabı”na düşüb) kimi yox, həm də təsvirləri və sinfi münasibətləri ilə “köhnə dəbli”, mühafizəkar baxışlı olduqlarına baxmayaraq günümüzdə də populyarlığını qoruyan əsərlərin sahibi kimi oxucuların qəlbini fəth edib. Kristinin əsərləri tədricən itib gedən, zamanın axınına qarışıb yox olan müəlliflərin işlərindən onunla fərqlənir ki, onlar “ağıllıdır” və özlərində əks etdirdiyi sirlər, mürəkkəb tapmacalar, qəribə cinayətlər indinin özündə də həyatın bir hissəsi kimi çıxış edir, zamanın irəliləməsi, texnologiyanın inkişafı fonunda hələ də diqqət mərkəzində durur.
Sadalanan bütün xüsusiyyətlər Kristi yaradıcılığının aktuallığını bir daha sübut edir, indinin özünə qədər ədibin əsərləri əsasında filmlər çəkilməkdədir. İllərin süzgəcindən keçib gələn əsərlər detektiv janrının “qızıl standartını” qoruyub saxlayır. Bunlardan əlavə, öz yazı üslubunda yeniliklər tətbiq edən, əsərlərinə həyəcanlandırıcı ədəbi macəra qatan Kristi qaydalar çərçivəsindən çıxır, detektiv nümunələri novator xüsusiyyətləri ilə digərlərindən seçilir. Bu,