4. Pərdə
G ü n d ü z. Mən qayıtmayacağam, mən daima irəliyə doğru gedəcəyəm – Marsa, Yupiterə, sonsuz fəzalara doğru gedəcəyəm. S e v i l. Gəl, oğlum, gəl! B a l a ş. Sevil, sən hara gedirsən? S e v i l. Sosializmə, fabrikə! Mən oradan gəlmişəm, oraya da gedirəm. Qadınların azadlıq yolu ancaq oradadır!
Sayfa 77 - Xan nəşriyyatı
Alıntı
4. Pərdə
S e v i l. Namus! Ha... ha... Nədir namus?.. Yalnız qadınların daşıyacağı bir yükdür. Sən hər gün bir dəqiqəlik zövqün üçün tuş gəldiyin hər bir qadına göz basırkən, kimsə sənə namussuz demirdi. Lakin biz, biz bir lampalıq neft, bir parçacıq çörək, bir doyumluq quru çörək üçün birinə yanaşdıqda, bütün bayquşlar səs-səsə verib, dörd bir yandan: “fahişə, fahişə”, – deyə ulaşırlar. Halbuki sən mənim gözümün qabağında bir qadının belindən qucmuşdun, mən də əlimdə su, qarşında durub titrəyirdim, sən göz belə qırpmırdın. Bilmək istəyirdim ki, sənin adın nə olur? Ad birdir. O zaman mənim nə düşünməyə beynim, nə də deməyə dilim yox idi. İndi isə üzünə deyirəm: fahişə!
Sayfa 74 - Xan nəşriyyatı
Alıntı
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
4. Pərdə
B a l a ş. O gücsüz halında sən nə edə bilərdin? S e v i l. Ehtiyac həyatın müəllimidir. Mən tez öyrəşdim. Mən gündüzlər acacına oxuyur, gecələr isə sahilə çıxırdım. Göz altına aldığım bir kişinin yanından keçir, çiyninə toxunur, sonra da qarşı-qarşıya gəlib, sağ gözümü yavaşcadan qırpırdım: bax, belə... O görürdü...
Sayfa 73 - Xan nəşriyyatı
Alıntı
4. Pərdə
S e v i l. Mən sizi müqəssir bilmirəm. Deyirlər ki, həyat mübarizədir. Mən mübarizəyə hazır deyildim, qoç döyüşünə qoç dayanarmış. Mən basıldım, səhnədən çıxdım. Həyatın istəyinə qarşı ancaq dahilər çıxa bilər. Sən ki, onsuz da, qısa ömrünü mənim üçün çürütməzdin. Beşgünlük həyat, sədəqə veriləcək qədər ucuz bir şey deyildir. Sən elə də istədin, elə də etdin, elə də olmalı idi və olmalıdır.
Sayfa 72 - Xan nəşriyyatı
Alıntı
4. Pərdə
S e v i l. Öpmək... Hə... Yadımdadır... Ha... ha... Artıq mənim üçün qorxma, Gülüş, indi ustalaşmışam: indi mən arvadlar ilə açıqda, kişilər ilə isə gizlində öpüşürəm.
Sayfa 71 - Xan nəşriyyatı
Alıntı
4. Pərdə
M ə m m ə d ə l i (çıxır). Deyirlər gün çıxır, doğru deyil; deyirlər gün batır, doğru deyil; deyirlər dünya var, doğru deyil; heç bir şey doğru deyil.
Sayfa 69 - Xan nəşriyyatı
Alıntı