Bu kitab "Dartanyanlar" kitab klubunun mart ayı üçün müzakirə mövzusudur, ki kitab klubumuz olmasaydı, mən özümü belə bir kitaba məruz qoymazdım.
Kitab çox bərbaddır. İnanılmaz bərbad. Və bu bərbadlığın səbəbini yazıçıda görmürəm. Görmək istəmirəm.
Deməli, kitabın əsas 3 qəhrəmanı var: Səma, Ramiz və İdris. İdris anası Səmayla bir yaşayır, Ramiz isə nəsə xəstədi, klinikada yatır. İdris varoluş sancısına bənzər nələrsə yaşayır, narahatdı, fikirlidi, amma qarnının ağrısı tam olaraq nədi, mən anlamadım. Daim fikirlidi, dalğındı, 2 saniyə gec cavab verən kimi anası soruşur ki, nolub, niyə fikirlisən, niyə mənlə danışmırsan? Məryəmlə evləndirim səni, gələn ilə uşağıvız olsun filan.
Səma guya kitabın rasional personajıdı. Ən böyük narahatlığı oğlunun atası Ramizə çəkməsidi.
Ramiz də ki.. Ramizin xəstəliyi nədi, bilmədim. Neçə illik həkiməm, mənə çatmadı şəxsən. Ramiz özü də deyir ki, nəsə bir illətim var, amma heç həkimlər də bilmirlər nədi.
Əlqərəz, bu kitabın xüsusi yanı onun nəql üslubundaymış. "Şüur Axını". Aranızda Virginia Woolf oxucusu varsa, "Dəniz Fənəri" kitabından bu üslubla tanışdı.
Kitabın bir neçə ciddi problemi var:
Birincisi, müəllif azərbaycan dilini bədii anlamda istifadə edə bilmir. Cümlələri hədsiz uzun, gərəksiz ifadələrlə dolu və kirlidi. Türk dilindən sözlərlə mətn aşıb daşır. Kitabda o qədər çox zərflik var ki, xəbər "kömək!" deyə hayqırır, adi zərflik olsa, dərd yarı, bir neçə mərhələli, tire ilə yazılmış sözlərdi çoxu.
Müəllifin cümlə quruluşu çox qəlizdi və səmimi deyil. Azərbaycan xalqı bu cür danışmır.
Heç olmasa, ilk səhifəni reviziyadan keçirmək lazım idi ki, üstü bəzək olsun.
İlk cümlədəcə bayırda "xlor var, xlooooor" deyə qışqıran dayday haqqında oğlan deyir ki, "bu satıcıya içimizdə üsyan edərkən deyinərək, həm də müəyyən anlayış