Bütün ümidlər üzüləndə, bütün qapılar bağlananda bir qapının daim açıq olduğunu hiss edirsən. O qapı haradadır, bilmirsən. Ancaq anlayırsan: nə qədər ki sağsan, heç vaxt bütün qapılar üzümüzə tam bağlanmır. Həmişə açıq olan bir qapı var. Biz - bağlı qapıları açmaq üçün inadlaşmağa adət etmiş insanlar, yalnız son anda diqqətimizi o açıq qapıya yönəldirik. O qapı indimi açıldı? Yox, o qapı həmişə açıq olub, sadəcə, sən onu indi görmüsən. İndiyə qədər harada idin? Nəyə görə bu qədər laqeyd və diqqətsiz idin? İlahi, bizi qəbul et! Səndən gəlmişik, son dönüş də yalnız Sənədir.